Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə azyaşlı bacıların ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı

03.11.2023 16:34 1 722
Məhkəmə azyaşlı bacıların ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı
Bakı Apellyasiya Məhkəməsində azyaşlı bacıların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Abil Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Həsənov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 20-si saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakinləri, 34 yaşlı Abil Sədrəddin oğlu Həsənovun idarə etdiyi “Hyundai” markalı, 99-OH-223 dövlət qeydiyyat nişanlı və 63 yaşlı Qurban Polad oğlu Əliyevin idarə etdiyi VAZ-2107 markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Nəticədə Qurban Əliyev və sərnişinləri - paytaxt sakinləri, 13 yaşlı Əminə Əhməd qızı Lütfəlizadə və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itirib, onların anası Nigar Elbrus qızı Lütfəliyeva, həmçinin digər sərnişin Ülviyyə Eldar qızı İsmayılova isə xəsarət alıblar.

Bununla yanaşı, “Hyundai” markalı avtomobildə olan beş sərnişin - İradə Quli qızı Babayeva, Xatirə Babakişi qızı Babayeva, Nayibə Ağaraza qızı Hüseynova, Göyərçin Arif qızı Babayeva və Təranə Murad qızı Zeynalova - müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib. Faktla bağlı cinayət işi açılıb, Abil Həsənov məsuliyyətə cəlb olunub.скачать dle 11.3
Mojo.az Banner