Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:48 İlham Əliyevdən Asif Əsgərovla bağlı sərəncam | 13:47 Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik | 13:45 Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat | 13:43 Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir? | 13:41 Avtomobili qışda uzun müddət saxlamaq üçün hansı qaydalara əməl etmək lazımdır? | 13:39 Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib | 13:37 Bakıda qarajlar rekord həddə bahalaşdı | 13:34 Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nə vaxt çap olunacaq? | 13:29 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? | 13:24 Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb | 13:17 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib | 13:12 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar | 13:04 Qızıl ucuzlaşsa da, zinət əşyaları niyə əvvəlki qiymətə satılır? – AÇIQLAMA | 13:01 İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" | 12:52 Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı | 12:42 Eyni mənzili bir neçə nəfərə satan MTK rəhbəri həbs edildi - Milyonluq dələduzluq | 12:41 Bakıda körpə 11-ci mərtəbədən yıxılıb öldü | 12:26 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü | 12:12 Bakıda hoteldən meyit tapıldı | 12:06 "Barselona"nın Bakıya nə vaxt çatacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik

23.11.2026 13:47 0
FOTO Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik
Bakıda mikromobilliyin inkişafı, alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlər çərçivəsində paytaxtın daha 9 kəsişməsində mövcud işıqforlara 28 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Nəsimi və Səbail rayonları ərazisində işıqforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr bunlardır:

Nəsimi rayonu,

- Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsi;

- Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsi;

- Bülbül prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi;

- Bülbül prospekti ilə Süleyman Rəhimov kəsişməsi;

- Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsi;

- Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsi.

Səbail rayonu,

- Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsi;

- Azadlıq prospekti ilə Əfzələddin Xəqani küçəsinin kəsişməsi;

- Rəşid Behbudov və Əfzələddin Xəqani küçələrinin kəsişməsi.

Qeyd edilib ki, mikromobilliyin inkişafı məqsədilə bu günə qədər paytaxt yollarında mövcud olan işıqforlara ümumilikdə 160 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik

Son xəbərlər