Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakının bir neçə küçə və prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub

22.04.2025 12:07 1 410
Bakının bir neçə küçə və prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Bakıda hazırda aidiyyəti dövlət qurumları tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.

O bildirib ki, təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır:

1. Xətai rayonu, Babək prospekti ilə Süleyman Vəzirov küçəsinin kəsişməsi (ticarət mərkəzinin yaxınlığı);

2. Nərimanov rayonu, Həsən Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsi, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər, hər iki istiqamətdə təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq edilib.

Təmir işləri aparılan küçə və prospektlər:

1. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, dairədən ("Şəki" restoranın qarşısı) "Nərimanov" m/st istiqamətində;

2. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Səbail rayonu, Badamdar şosesi və Əziz Nəzərov küçəsinin kəsişməsində;

4. Səbail rayonu, Badamdar şosesi, ("Caspian İnternational Hospital"ın yaxınlığı), mərkəz istiqamətində yolda təmir işləri aparılır.

Son xəbərlər