Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub

03.07.2025 18:11 1 068
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Hazırda aidiyyəti qurumlar tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və bununla əlaqədar bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır:

1. Xətai rayonu, Süleyman Vəzirov küçəsi ilə Babək prospektinin kəsişməsi, "City Park Mall"un qarşısı;

2. Nərimanov rayonu, Akademik Həsən Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsi, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər olan hissə, hər iki istiqamətdə;

3. Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin kəsişməsi, Əliyar Əliyev küçəsi istiqamətində təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq edilib.

Təmir işləri aparılan küçə və prospektlər:

1. Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

2. Binəqədi rayonu, Binəqədi şosesi və "Baksol" yolunun kəsişməsi, Binəqədi qəsəbəsi istiqamətində;

3. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi keçmiş "Şəki" restoranı dairəsi, metronun "Nəriman Nərimanov" stansiyası istiqamətində;

5. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsi, hər iki istiqamətdə;

6. Binəqədi rayonu, Zəngəzur küçəsi ilə Binəqədi şosesinin kəsişməsində;

7. Yasamal rayonu, Dadaş Bünyadzadə və Məhəmməd Xiyabani küçələrinin kəsişməsində;

8. Binəqədi rayonu, Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində təmir işləri aparılır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları bu səbəbdən yaranan nəqliyyat sıxlığının azaldılması və hərəkət intensivliyinin artırılması üçün yol polisi ilə birgə zəruri tədbirlər görür. Sürücülərə qeyd olunan küçə və prospektlərdə aparılan təmir işlərini əvvəlcədən nəzərə almaları və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə edilir.

Son xəbərlər