Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir?
Bakının Nəsimi rayonunda mənzil bazarında qiymətlərin dəyişməsi daşınmaz əmlak sektorunda mövcud vəziyyəti yenidən gündəmə gətirib. Xüsusilə bəzi köhnə tikililərdə, kiçik sahəli və əlverişsiz mərtəbələrdə yerləşən mənzillərin daha münasib qiymətə təklif olunması alıcıların diqqətini çəkir. Bununla belə, rayonun mərkəzi mövqeyi, metro və ictimai nəqliyyata yaxınlığı mənzillərə olan tələbatı qoruyub saxlayır. Nəsimi rayonunda mənzil qiymətlərinin aşağı düşməsinə hansı amillər təsir edir?
AQC İdarə Heyətinin sədrinin birinci müavini, “Fame PRO”nun rəhbəri Fərid Rüstəmov Median.Az-a açıqlamasında qeyd edib ki, ayrı-ayrı mənzillərin qiymətindəki enməni rayon üzrə ümumi qiymət azalması kimi təqdim etmək düzgün deyil.
Onun sözlərinə görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) açıqladığı göstəricilər də hazırda Nəsimi rayonunda ümumi ucuzlaşmanın olmadığını göstərir:
Onun fikrincə, bazarda real ucuzlaşmadan danışmaq üçün ayrı-ayrı satış elanlarına deyil, bir neçə ayın qiymət göstəricilərinə və faktiki alqı-satqı nəticələrinə birlikdə baxmaq lazımdır.
AQC İdarə Heyətinin sədrinin birinci müavini, “Fame PRO”nun rəhbəri Fərid Rüstəmov Median.Az-a açıqlamasında qeyd edib ki, ayrı-ayrı mənzillərin qiymətindəki enməni rayon üzrə ümumi qiymət azalması kimi təqdim etmək düzgün deyil.
Onun sözlərinə görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) açıqladığı göstəricilər də hazırda Nəsimi rayonunda ümumi ucuzlaşmanın olmadığını göstərir:
“Belə ki, Cəmiyyətin sentyabr ayı üzrə araşdırmasında rayonda mənzillərin bir kvadratmetrinin orta qiyməti 3 724 manat göstərildiyi halda, oktyabr ayında bu rəqəm 3 836 manata yüksəlib. Başqa sözlə, bir ay ərzində orta qiymətdə 112 manat və ya təxminən 3 faiz artım qeydə alınıb. Köhnə tikililərdə qiymət fərqi daha çox mənzilin və binanın vəziyyətindən asılıdır. İstismar müddəti uzun olan, təmirə ehtiyacı qalan, lift və kommunikasiya problemləri yaşayan binalardakı mənzillərin daha aşağı qiymətə təklif edilməsi təbiidir. Binanın yerləşdiyi küçə, metroya yaxınlıq, mənzilin mərtəbəsi, sahəsi və planlaşdırılması da alıcının ödəməyə hazır olduğu məbləğə təsir göstərir. Bu səbəbdən eyni rayonda, hətta bir-birinə yaxın ünvanlarda yerləşən mənzillər arasında ciddi qiymət fərqi yarana bilər”.
Ekspert əlavə edib ki, AQC-nin oktyabr ayı üzrə araşdırmasında Nəsimi rayonunda köhnə tikili mənzillərin qiymətində illik 15,9 faiz, yeni tikililərdə isə 17,4 faiz artım qeydə alınıb:“Bu göstəricilər də rayonda mənzil bazarının bütövlükdə ucuzlaşdığını deməyə əsas vermir. Sadəcə, alıcılar mənzil seçərkən qiymətlə yanaşı, binanın texniki vəziyyətinə və gələcəkdə yarana biləcək əlavə xərclərə daha çox diqqət yetirirlər”.
Yaxın aylarda Bakının digər rayonlarında da qiymətlərin aşağı düşməsi ehtimalına toxunan Fərid Rüstəmov bildirib ki, bu barədə indidən konkret proqnoz vermək çətindir. Paytaxtın rayonlarında mənzil fondunun vəziyyəti, yeni tikililərin sayı, alıcılıq qabiliyyəti və tələb fərqli olduğundan qiymət dəyişiklikləri də eyni olmayacaq.Onun fikrincə, bazarda real ucuzlaşmadan danışmaq üçün ayrı-ayrı satış elanlarına deyil, bir neçə ayın qiymət göstəricilərinə və faktiki alqı-satqı nəticələrinə birlikdə baxmaq lazımdır.
