Mojo.az Banner
15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA

08.10.2026 11:30 186
Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA
Bakının Nərimanov rayonunda kirayə mənzillərin qiymətləri xüsusilə son dövrdə diqqət çəkir. Ərazidə 500 manat civarında mənzil tapmaq çətinləşib, 600–700 manatlıq evlərdə isə qiymətlə yaşayış şəraiti arasında ciddi fərq müşahidə olunur. Daha yaxşı təmirli və əlverişli mənzillər üçün kirayəçilər daha yüksək büdcə ayırmalı olurlar.

Nərimanovda kirayə mənzillərin qiymətlərinin bu qədər yüksəlməsinin əsas səbəbləri nələrdir və yaxın aylarda kirayə bazarında qiymətlərin aşağı düşməsi gözlənilirmi?

Bu barədə sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli Median.Az-a açıqlamasında deyib ki, Nərimanov rayonunda kirayə mənzillərin qiymətinin bahalaşması Bakı şəhərinin ümumi kirayə bazarındakı tendensiya ilə eynilik təşkil edir:

“Burada bir neçə əsas faktor rol oynayır. Birincisi, müəyyən ərazilərdə lokasiya amili mühüm əhəmiyyət daşıyır. Nərimanov rayonu da Bakı şəhərində yerləşməsinə və nəqliyyat əlçatanlığına görə əhəmiyyətli və bahalı ərazilərdən biri hesab olunur. Burada həm ictimai nəqliyyatın əlçatanlığı, həm də metro stansiyalarının yerləşməsi rayona olan tələbatı artırır. Bu səbəbdən Nərimanov rayonu uzun müddətdir kirayə bazarında daha bahalı ərazilərdən biri kimi qəbul olunur. İkinci əsas amil ərazidə mənzillərin satış qiymətlərinin yüksək olmasıdır. Hazırda Nərimanov rayonunda mənzillərin satış qiymətləri kifayət qədər bahalaşıb. Mənzil alaraq onu icarəyə vermək istəyən şəxslər də əmlakı yüksək qiymətə aldıqları üçün daha çox gəlir əldə etmək məqsədilə mənzilləri yüksək qiymətə kirayəyə təklif edirlər. Bu da kirayə qiymətlərinin aşağı düşməsinə imkan vermir”.

O qeyd edib ki, premium mənzillərin kirayə qiymətləri daha yüksəkdir:

“Bir otaqlı, köhnə tikililərdə yerləşən mənzillərin kirayəsi isə təxminən 500 manat civarındadır. Bu vəziyyət təkcə Nərimanov rayonuna aid deyil. Nəsimi və Səbail rayonlarında da kirayə qiymətləri kifayət qədər yüksəkdir. Yasamal və Binəqədi rayonlarında isə qiymətlər müəyyən qədər fərqlənir. Ümumilikdə, Bakı şəhərinin mərkəzi ərazilərində kirayə mənzillərin qiymətləri yüksək olaraq qalır. Digər mühüm faktor isə kirayə mənzil bazarında rəqabətliliyin və alternativlərin kifayət qədər olmamasıdır. İnsanların alıcılıq qabiliyyəti yeni mənzil almağa imkan vermədiyi üçün onlar uzunmüddətli kirayəyə üstünlük verirlər. Əgər mənzil bazarında qiymətlər daha əlçatan olsaydı, insanlar müəyyən müddət kirayədə yaşayaraq daha sonra öz mənzillərini ala və kirayədən çıxa bilərdilər. Lakin hazırda bu proses baş vermir. Çünki insanların mənzil almaq imkanları kifayət qədər məhduddur. Kirayədə yaşayanlar arasında tələbələr, eləcə də əmək miqrasiyası nəticəsində digər regionlardan Bakı şəhərinə gələn şəxslər üstünlük təşkil edir. Bu insanların gəlirləri mənzil almaq üçün kifayət etmədiyindən onlar uzun müddət kirayədə qalmağa məcbur olurlar. Nəticədə uzunmüddətli kirayədə olan mənzillərin tez-tez boşalması və yeni kirayəçilər üçün əlçatan mənzil sayının artması müşahidə edilmir”.

Aysel
скачать dle 11.3
Mojo.az Banner