Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Kirayə bazarında qiymətlər yenidən bahalaşacaq – Ekspertdən xəbərdarlıq

19.08.2026 18:15 324
Kirayə bazarında qiymətlər yenidən bahalaşacaq – Ekspertdən xəbərdarlıq
Bakıda kirayə mənzil bazarında qiymətlər yenidən artım tendensiyası göstərir. Xüsusilə yay mövsümündə paytaxta gələn tələbələrin, bölgələrdən işləmək üçün Bakıya üz tutan şəxslərin, eləcə də xarici vətəndaşların sayının artması kirayə mənzillərə tələbatı yüksəldib. Tələbin təklifdən çox olması qiymətlərə birbaşa təsir edir və bazarda bahalaşmanı sürətləndirir.

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Median.Az-a açıqlamasında bildirib ki, bazarın ən ucuz dövrü məhz indidir:
“Bu, təxminən iyunun 15-dən iyulun sonunadək olan müddəti əhatə edir. Səbəb ondan ibarətdir ki, tələbələr böyük şəhərlərdən, xüsusilə Bakı, Sumqayıt və Gəncədən öz doğma rayonlarına qayıdırlar. Nəticədə kirayə mənzillər boşalır, bazarda təklif artır. Təklifin çox olduğu ərazilərdə qiymətlər də müəyyən qədər sabitləşir. Lakin avqustun ikinci yarısından oktyabrın əvvəlinə qədər bazarda həm qiymətlər yüksəlir, həm də uyğun mənzil tapmaq çətinləşir. Bu dövr kirayə bazarında istehlakçılar üçün daha problemli hesab olunur. Ona görə də hazırkı mərhələ kirayə mənzil axtaranlar üçün ən optimal vaxtdır”.

O deyib ki, bağ evləri bazarında isə vəziyyət əksinədir:
“İyulun 15-dən avqustun 15-dək olan müddət ən bahalı dövr sayılır. Bu zaman qiymətlər yerləşdiyi əraziyə və tələbat səviyyəsinə uyğun olaraq dəyişir. Bakı şəhərində ən ucuz kirayə mənzillər əsasən Abşeron, Türkan, Qobu və şəhərin kənarında yerləşən digər qəsəbə və kəndlərdə təklif olunur. Orta hesabla birotaqlı mənzillərin aylıq kirayə haqqı 200 manatdan başlayır. İkiotaqlı mənzillərin qiyməti buna yaxın olur. Üç və dördotaqlı evlərin kirayəsi isə təxminən 300 manatdan başlayır. Şəhər mərkəzinə yaxınlaşdıqca qiymətlər də artır. Hazırda ən yüksək kirayə qiymətləri Sea Breeze, Ağ Şəhər və Bakının mərkəzi hissəsində müşahidə olunur. Sea Breeze-də ən kiçik birotaqlı mənzillərin aylıq kirayə haqqı təxminən 1000 ABŞ dollarından başlayır. Ağ Şəhərdə və şəhərin mərkəzi hissəsində isə birotaqlı mənzillərin aylıq kirayə qiyməti 700 manatdan başlayır”.

Aysel Elnur

Son xəbərlər