Mojo.az Banner
13:15 Azərbaycanda zəlzələ baş verib  |     13:09 Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA  |     12:59 İki ölkənin vətəndaşları üçün Azərbaycana viza tələbi ləğv edilir  |     23:02 Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb  |     22:57 Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib  |     22:49 Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb? (SİYAHI)  |     22:44 Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı (Yenilənib)  |     22:28 Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət  |     22:20 “Kim milyonçu olmaq istəyir?”də - 1 milyon dollar qazandı - Video  |     22:14 “Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə  |     22:06 Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq  |     22:00 Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir  |     21:53 "Arzum 40 dəqiqə hadisə yerində olub" - Tiktokerin məhkəməsində şahid danışdı  |     21:48 Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı  |     21:40 İqnatsio Kassis Azərbaycana gələcək  |     21:35 Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən var  |     21:26 Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     21:21 Azərbaycanda inflyasiya nə qədər olacaq? - Proqnoz artırıldı  |     21:15 Fasadı uçulub tökülən körpü təhlükə saçır - VİDEO  |     21:06 Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?  |    
Left Banner
Right Banner

Kirayə mənzil bazarında qiymətlər bahalaşdı

30.08.2019 21:04 1 894
Kirayə mənzil bazarında qiymətlər bahalaşdı
Yeni dərs ili ilə əlaqədar tələbələrin paytaxta axını və turistlərin mövcudluğu kirayə evlərə tələbatı artırıb.

Tələbatın artması isə kirayə evlərin qiymətində dəyişikliyi zəruri edir. Hazırda mənzilin şəraitindən asılı olaraq, qiymətlər 350-400 manatdan başlayır. Maraqlıdır ki, bu il kirayə evlərin qiymətində dəyişiklik hansı səviyyədədir?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, mövcud şəraitdə əsas problem kirayə evlərin sayının olduqca az olmasıdır:

“Hazırda kirayə mənzil bazarında ciddi bahalaşma müşahidə olunmur. Hazırda kirayə ev tapmaq çətinləşib. Yəni, köhnə yaşayış binaların sökülməsi fonunda kirayə mənzil bazarında qıtlıq müşahidə olunur. Eyni zamanda Yasamal rayonunda sosial evlərin tikilməsi kirayə evlərin azalmasına yol açdı”.

Kirayə ev tapmaq məsələsində böyük problemi bölgələrdən paytaxta gələn imkansız ailələrin uşaqları və tələbələr yaşayır:

“Ölkəmizdə universitetlərin əksəriyyəti Yasamal rayonu ərazisində yerləşir. Ona görə də tələbələrin çoxu Yasamal, “Sovetski”, “Kubinka” kim ərazilərdə 100-150 manat civarında kirayə həyət evlərində yaşayırdılar. Bu ərazilər söküləndən sonra tələbələr ev tapmaq məsələsində çətinliklə üzləşib. Əksər hallarda tələbələrə kirayə ev verilmir”.

Avqust-sentyabr aylarında kirayə ev qıtlığının yaşandığını bildirən ekspertə görə, oktyabr ayından etibarən kirayə mənzil bazarında
stabillik yaşanacaq:

“Yeni tikili binalarda, şəhərin mərkəzində və metro stansiyalarına yaxın yerlərdə kirayə təklif edilən mənzillərin qiyməti çox yüksəkdir. Qiymətin yüksək olmasına təsir edən amil isə turistlərlə bağlıdır. Mikrorayonlarda, Qara Qarayev və Neftçilər metrostansiyaları yaxınlığında yerləşən yeni tikili binalarla köhnə binalarda verilən kirayə evlərin qiymətində isə çox cüzi fərq var. Kirayə mənzil bazarında bahalaşma əsasən günlük kirayə verilən evlərdə müşahidə olunur. Belə ki, bu mənzillərdə kirayə haqqı 1 gün üçün 50-300 manat civarında dəyişir”.скачать dle 11.3
Mojo.az Banner