Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:43 Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir? | 13:41 Avtomobili qışda uzun müddət saxlamaq üçün hansı qaydalara əməl etmək lazımdır? | 13:39 Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib | 13:37 Bakıda qarajlar rekord həddə bahalaşdı | 13:34 Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nə vaxt çap olunacaq? | 13:29 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? | 13:24 Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb | 13:17 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib | 13:12 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar | 13:04 Qızıl ucuzlaşsa da, zinət əşyaları niyə əvvəlki qiymətə satılır? – AÇIQLAMA | 13:01 İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" | 12:52 Ermənistanın yeni konstitusiya layihəsi dərc olundu: Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı | 12:42 Eyni mənzili bir neçə nəfərə satan MTK rəhbəri həbs edildi - Milyonluq dələduzluq | 12:41 Bakıda körpə 11-ci mərtəbədən yıxılıb öldü | 12:26 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü | 12:12 Bakıda hoteldən meyit tapıldı | 12:06 "Barselona"nın Bakıya nə vaxt çatacağı bəlli oldu | 23:01 Telefon suya düşəndə bu 4 səhvi etməyin: Ən təhlükəsiz üsul nədir? | 22:56 İtkin düşən 4 nəfər tapıldı | 22:50 Azərbaycanda telefon, geyim və qəhvə ucuzlaşacaq |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qarajlar rekord həddə bahalaşdı

23.11.2026 13:37 192
Bakıda qarajlar rekord həddə bahalaşdı
Bakıda vaxtilə avtomobil saxlamaq üçün tikilən qarajlar indi daşınmaz əmlak bazarında kifayət qədər yüksək qiymətə təklif olunur. Üstəlik, bu obyektlərin bir qismi artıq təyinatını dəyişərək avtoyuma, təmir sexi və anbar kimi istifadə edilir.

Bəs paytaxtda köhnə qaraj almaq istəyənlər nə qədər pul ödəməlidirlər?

Median.Az "Yeni Sabah"a istinadən xəbər verir ki, satış elanlarının araşdırılması zamanı sovet dövründən qalma qarajların qiymətləri arasında ciddi fərq olduğu üzə çıxıb. Bu fərqdə əsas amillərdən biri obyektin yerləşdiyi ərazidir.

Ən yüksək qiymətlərdən biri Nərimanov rayonunda qeydə alınır. Məsələn, "Nərimanov" metro stansiyasının yaxınlığında yerləşən 27 kvadratmetrlik qaraj 50 min manata satışa çıxarılıb. Həmin rayonda sahəsi cəmi 14.1 kvadratmetr olan başqa bir qarajın qiyməti isə 55 300 manatdır. Eyni ərazidə bəzi qarajlar üçün 78 min manat tələb olunur.

Yasamal rayonunda da vəziyyət fərqli deyil. Burada bəzi qarajların qiyməti 80 min manata çatır. Hətta yalnız avtomobil saxlamaq üçün nəzərdə tutulan qarajların ən ucuz təklifləri 25-30 min manatdan başlayır.

Paytaxtın digər ərazilərində isə qiymətlər nisbətən aşağıdır. Binəqədi, Suraxanı və Sabunçu rayonlarında, eləcə də Sumqayıt şəhərində bu tip obyektlərə 10-20 min manat aralığında təkliflər var. Bununla belə, qarajın təyinatı da qiymətə təsir edir. Məsələn, Binəqədidə avtoyuma məntəqəsinə çevrilmiş qarajın qiyməti 25-30 min manat civarındadır.

Hazırda belə obyektlərdən yalnız avtomobil saxlamaq üçün deyil, həm də təmir sexi, avtoyuma, anbar və digər kommersiya məqsədləri üçün istifadə olunur. Bəzi əmlak mütəxəssisləri isə daşınması mümkün olan qarajları gəlir əldə etmək üçün əlverişli yatırım vasitəsi hesab edirlər.

Beləliklə, bir vaxtlar avtomobili qorumaq üçün tikilən sadə metal və beton qarajlar bu gün yerləşdiyi ünvandan asılı olaraq onminlərlə manat dəyərində əmlaka çevrilib.

Son xəbərlər