Mojo.az Banner
14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Binalarda parklanma yerləri almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər belə olacaq

29.10.2025 23:01 522
Binalarda parklanma yerləri almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər belə olacaq
Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərində yerləşən parklanma yerlərinin qiymətində artım müşahidə olunur.

Maraqlıdır, parkinq yerlərinin ayrıca satılması əvəzinə, mənzilin ümumi dəyərinə daxil edilməsi daha məqsədəuyğun olmazdımı?

Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, son aylarda paytaxtda yerüstü və yeraltı parklanma problemi getdikcə dərinləşir:

“Ölkəyə idxal olunan nəqliyyat vasitələrinin sayı artdıqca, parklanma məsələsi daha da çətinləşir. Əvvəllər yalnız köhnə yerüstü qarajların qiymətində artım müşahidə olunurdusa, indi yeni tikililərin zirzəmilərində yerləşən qarajların da bahalaşmasının şahidi oluruq. Daşınmaz əmlak bazarındakı ümumi qiymət artımı fonunda bu, normal hal kimi görünür, lakin tikinti şirkətləri bundan sui-istifadə edirlər”.

Ekspertin sözlərinə görə, bəzi tikinti şirkətləri mənzil satışından sonra qaraj yerlərini ayrıca, şişirdilmiş qiymətlərlə satmağa çalışırlar:

“Mənzil alıcısına qaraj təklif olunur, lakin çox vaxt alıcı həmin yeri almaqda maraqlı olmur. Şirkət isə bilir ki, həmin qaraj yerlərinə sonradan alıcı tapacaq. Çünki yaşayış komplekslərində qarajların sayı məhduddur və təklif az olduğu üçün qiymətlər bazar dəyərindən yuxarı olur”.

Elnur Azadov əlavə edib ki, ölkədə qaraj yerləri iki formada, satış və icarə üçün təklif olunur. Bu isə tikinti şirkətinin müəyyən etdiyi siyasətdən asılıdır:

“Əgər binanın tikintisi başa çatdıqdan sonra qarajlar satılmayıbsa, şirkət onları özündə saxlayır və icarəyə verir. Beləliklə, həmin yerlər şirkət üçün ömürlük gəlir mənbəyinə çevrilir. Halbuki, qanuna əsasən bina istismara verildikdən sonra 6 ay ərzində müştərək cəmiyyət yaradılmalı və ümumi əmlak bu cəmiyyət tərəfindən idarə olunmalıdır”.

Ekspert vətəndaşlara tövsiyə edib ki, mənzil alarkən müqavilədə qaraj yerlərinin gələcək istifadəsi və idarəetmə mexanizmi ilə bağlı maddələrin qeyd olunmasını mütləq tələb etsinlər:

“Vətəndaş bilməlidir ki, mənzil aldıqda yalnız yaşayış sahəsini deyil, həm də lifti, həyətyanı sahəni və qarajı əhatə edən ümumi əmlak payını əldə edir. Bu sahələr ədalətli idarə olunmalıdır. Qarajların mənzillərlə birlikdə satılması praktikası çox az hallarda tətbiq olunur, çünki yeraltı qarajların tikintisi şirkətlər üçün çox baha başa gəlir”.

Elnur Azadovun sözlərinə görə, Bakıda bütün yeni yaşayış komplekslərində qaraj çatışmazlığı müşahidə olunur və bu da qiymət artımının əsas səbəblərindən biridir.скачать dle 11.3
Mojo.az Banner