Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

10.10.2026 13:43 168
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib
Avropa İttifaqı (Aİ) Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib. İttifaq ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıq fonunda bu yardımın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Avropa Xidmətinin (EEAS) nümayəndəsi "Report"a açıqlamasında bildirib.

"Azərbaycan Aİ üçün etibarlı enerji tərəfdaşıdır və Ukraynaya lazımi dəstəyin göstərilməsinə töhfə verir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri zamanı qeyd etdiyi kimi, İttifaq Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdardır", - deyə nümayəndə vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı və üzv dövlətlərin dəstəyi ilə yanaşı, Azərbaycan da daxil olmaqla, digər beynəlxalq tərəfdaşların yardımı da mühüm rol oynayır. Bu dəstək Ukraynanın təcili ehtiyaclarının ödənilməsinə və ölkənin dayanıqlığının gücləndirilməsinə kömək edir.

Aİ rəsmisi qeyd edib ki, Rusiyanın Ukrayna şəhərlərinə, mühüm infrastruktur obyektlərinə və mülki şəxslərə qarşı davam edən hücumları, xüsusilə qış yaxınlaşdıqca, əhalini qorxutmağa, ölkə iqtisadiyyatını sarsıtmağa və Ukraynanın dayanıqlığını zəiflətməyə yönəlib.

Xatırladaq ki, oktyabrın 7-də Azərbaycan Ukraynaya humanitar yardım çərçivəsində daha bir elektrik avadanlıqları partiyası göndərib. Yükün ümumi dəyəri 2.5 milyon manat təşkil edib. Yardıma transformatorlar, 186 kilometr elektrik kabeli, naqillər və Ukraynanın enerji infrastrukturunun bərpası üçün zəruri olan digər avadanlıqlar daxil olub.скачать dle 11.3
Mojo.az Banner