Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

10.10.2026 13:48 168
Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi
"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir".

Bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bunun əsas səbəbi mühərriklərin və enerji təchizatı sistemlərinin konstruksiyası ilə bağlıdır.

"İstənilən daxiliyanma mühərrikinin işləməsi üçün böyük həcmdə hava lazımdır. Mühərrikin hava giriş sistemi, əsasən, kapotun altında yerləşir. Hətta az miqdarda suyun bu sistemə daxil olması belə ciddi zədələrə səbəb ola bilər.

Elektromobillərin quruluşu fərqlidir və onların sudan qorunmasını konstruktiv baxımdan təmin etmək daha asandır.

Hər şey qoruyucu örtüklərin, araqatların və kabel kanallarının zədələnib-zədələnməməsindən asılıdır. Əgər avtomobil əvvəllər sökülməyibsə, yol-nəqliyyat hadisəsinə düşməyibsə və zədələnməyibsə, müəyyən dərinlikdəki su maneəsindən keçmək ciddi nasazlığa səbəb olmaya bilər", - deyə ekspert bildirib.

Bununla yanaşı, mütəxəssis tövsiyə edib ki, dərin su maneəsindən keçdikdən sonra mühərrikin növündən asılı olmayaraq, suya məruz qalmış birləşmələr qurudulsun və onların hermetikliyi yoxlanılsın.

"Lakin elektromobil zədələnibsə, qəzaya düşübsə və ya qeyri-peşəkar şəkildə sökülübsə, akkumulyator blokuna, elektrik mühərriklərinin naqillərinə və digər hissələrə suyun daxil olması bahalı komponentləri qısa müddətdə sıradan çıxara bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.скачать dle 11.3
Mojo.az Banner