Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu

10.10.2026 13:47 207
İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu
İstanbulda qanunsuz mərc oyunları və dələduzluqla bağlı əməliyyat çərçivəsində saxlanılan 12 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Median.Az
"HaberGlobal"a istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Qaziosmanpaşa Baş Prokurorluğunun koordinasiyası ilə apardıqları araşdırma nəticəsində təxminən 150 milyon lirəlik dələduzluq şəbəkəsini üzə çıxarıblar.

Araşdırma zamanı qanunsuz mərc oyunlarından əldə edildiyi ehtimal olunan təxminən 150 milyon lirənin Arnavutköy rayonunda fəaliyyət göstərən zərgərlik mağazasına məxsus bank hesablarına köçürüldüyü müəyyən edilib.

Polis əməkdaşları pul köçürmələri ilə əlaqəli 378 min 350 dolların nağd şəkildə təhvil veriləcəyini müəyyən ediblər. Pulun təhvil veriləcəyi vaxt keçirilən əməliyyat zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərlə əlaqəli 7 mənzilə, 11 avtomobilə və 3 motosikletə həbs qoyulub.

İlk əməliyyat zamanı bir şübhəli saxlanılıb. Daha sonra pul köçürmələrinə vasitəçilik etdiyi və cinayət yolu ilə əldə edilmiş gəlirlərin köçürülməsi üçün bank hesabları təmin etdiyi müəyyənləşdirilən daha 11 nəfər də tutulub.

Axtarışlar zamanı şübhəlilərə məxsus bank hesabları və çoxsaylı rəqəmsal məlumat daşıyıcıları da aşkar edilib.

Saxlanılan 12 nəfər polis idarəsindəki prosedurlardan sonra Qaziosmanpaşa Ədliyyəsinə aparılıb. Prokurorluqda ifadələri alındıqdan sonra hakim qarşısına çıxarılan şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib və onlar həbsxanaya göndəriliblər.скачать dle 11.3
Mojo.az Banner