Mojo.az Banner
22:28 Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib (FOTO)  |     22:18 Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA  |     21:19 “Turan Tovuz” onunla yeni müqavilə imzaladı  |     21:06 Diabet ən çox bu qan qrupu olanlarda tapılır  |     20:35 Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi  |     20:28 Bakının məşhur bazarı sökülür  |     20:23 Azərbaycanın ilk Milli Qəhrəmanları kimlərdir?  |     20:17 39 saniyədə fəlakət: Venesuela şəhərləri xarabalığa çevirildi - Ölkədə talanlar başladı  |     20:09 Parisdə isti hava səbəbindən spirtli içki satışı qadağan edildi  |     20:02 Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - Deputat açıqladı  |     19:57 Hibrid və elektrik avtomobillərinin idxalında güzəşt olacaq?  |     19:52 Alimlər çovdar çörəyinin orqanizm üçün gözlənilməz faydasını açıqladı  |     19:43 Ebola virusundan ölənlərin sayı artır  |     19:38 Simonyan məhkəmədə Köçəryana qalib gəldi  |     19:30 Çaylardan sel keçəcək - Xəbərdarlıq  |     19:24 "Hyundai" 96 min avtomobilini geri çağırır - SƏBƏB  |     19:15 İrəvandan sonra Bakıya gələcək  |     19:10 Azərbaycanda həbsdə evlənənlərin sayı açıqlandı  |     19:03 Yük maşını minik avtomobili ilə toqquşdu - Video  |     18:43 Yaponiyada güclü zəlzələ baş verib  |    
Left Banner
Right Banner

Bakıda tikinti şirkəti vətəndaşlara məxsus qarajları dağıtdı – Video

26.05.2018 15:29 2 043
Bakıda tikinti şirkəti vətəndaşlara məxsus qarajları dağıtdı – Video
Bakıda sənədi olan bir neçə qarajın tikinti şirkəti tərəfindən sökülməsinə başlanılıb.

Bu da vətəndaşların narazılığına səbəb olub. Qaraj sahibləri isə tikinti şirkətinin təklifi ilə razılaşmır.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Nərimanov rayonu Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən qaraj sahibləri belə iddia edirlər. Onların sözlərinə görə, həmin ərazidə özəl şirkət tərəfindən pilot layihəyə uyğun olaraq 16 mərtəbəli yaşayış binası tikilir. Sakinlər iddia edir ki, sənədləri olmasına baxmayaraq, tikinti şirkətinin işçiləri buna məhəl qoymur və onlara məxsus bir neçə qarajı söküblər.

Tikitni şirkətinin nümayyəndəsi Rəşad Rəhimov isə şikayətçilərin iddialarını qəbul etməyərək bildirib ki, ərazidə qarajı olan hər bir vətəndaşa əvvəlcədən söküləcəyi ilə bağlı xəbərdarlıq edilib. Qarajda sahibkarılıq fəaliyyəti ilə məşğul olanlara kompensasiya verilməsi, digər vətəndaşlara isə tikiləcək binanın avtomobil dayanacağında yerin ayrılması təklif olunub. Qarajın əvəzinə şirkətdən ev istəyənlərə isə yox deyilib.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov isə “Xəzər Xəbər”ə bildirib ki, həmin ərazidə həqiqətən də pilot layihəyə uyğun olaraq yaşayış binası tikiləcək. Orada yerləşən qarajların sənədlərində qeyd olunub ki, sərəncam verilərkən şəhər əhəmiyyətli layihə həyata keçirildikdə həmin qarajlar sökülə bilər. Tikintini həyata keçirən şirkətə İcra Hakimiyyəti tərəfindən tövsiyə olunub ki, sökülən qarajların sahiblərinə yeni binanın dayancağından yer ayrılsın.скачать dle 11.3
Mojo.az Banner