Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı |
Mojo.az Avto
Mojo.az Avto

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

31.10.2026 20:30 195
Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb.

Median.Az
Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkcə qızılın tərkibinə mis qatılması halında deyil, digər materiallardan istifadə edilməsinə də rast gəlinir. O bildirir ki, bəzi məmulatların içərisi müxtəlif ərintilər, hətta şamla doldurularaq çəkisi artırılır. Zərgər belə hallardan birində 1 440 manat ziyana düşdüyünü deyir.

Bəs qızılın tərkibində bu qədər misin olması nə dərəcədə mümkündür?

Zərgər Şahin Əlipənahovun sözlərinə görə, bu, qızılın əyarından asılıdır. Belə ki, 585 əyarlı qızılın tərkibində təmiz qızılla yanaşı, müəyyən nisbətdə mis və gümüş də olur. Bu qatışıqlar məmulatın tələb olunan əyara uyğun hazırlanması üçün istifadə edilir.

Ş.Əlipənahov qeyd edir ki, Azərbaycanda qızıl məmulatlarının üzərində müvafiq əyar damğası olmalıdır. Bununla belə, qızılın həqiqiliyini yalnız zahiri görünüşünə əsasən müəyyənləşdirmək mümkün deyil. Hətta mütəxəssislər belə məmulatın saxta olub-olmadığını ilk baxışdan dəqiq müəyyən edə bilmirlər.



Son xəbərlər