Qızılın saxta olduğunu necə müəyyən etmək olar? - Zərgər izah edir
Zinət əşyası alarkən insanlar çox vaxt açıq-aşkar saxta məhsullarla deyil, qızıl suyuna salınmış məmulatlar, bijuteriya və görünüşcə qızıla bənzəyən ərintilərlə qarşılaşırlar. Bəzən mis, latun və digər qiymətli olmayan metalların üzəri qızılı rəngli örtüklə örtülərək qızıl zinət əşyası kimi təqdim edilir.
Median.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bunu zərgər Arina Damayeva deyib.
Mütəxəssisin sözlərinə görə, məhsul yeni olduqda fərqi adi gözlə müəyyən etmək çətin ola bilər:
"Zinət əşyası alarkən bir sıra məqamlara diqqət yetirmək lazımdır. Əgər məmulat ölçüsünə nisbətən həddindən artıq yüngüldürsə, rəngi qeyri-bərabərdirsə və ya müəyyən hissələrdə başqa rəngli metal görünürsə, ehtiyatlı olmaq məsləhətdir. Xüsusilə qıfıllar, üzüklərin daxili hissəsi, birləşmə yerləri və dəri ilə daha çox təmas edən sahələr diqqətlə yoxlanılmalıdır. Qızılı örtük adətən ilk olaraq məhz bu hissələrdə aşınır".
Zərgər bildirib ki, mağazada ilk növbədə məmulatın üzərində əyar nişanının olub-olmamasına baxmaq lazımdır. Əyarın mövcudluğu məhsulun tamamilə orijinal olduğuna zəmanət verməsə də, onun olmaması şübhə doğurmalıdır. Bundan əlavə, məmulatın işlənmə keyfiyyətinə, tikiş və birləşmələrin səliqəsinə diqqət yetirmək tövsiyə olunur.
Damayeva əlavə edib ki, həddindən artıq aşağı qiymət də xəbərdarlıq əlaməti sayıla bilər. Endirim və kampaniyalar mümkün olsa da, məhsulun qiyməti bazardakı orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdırsa, satıcıdan əlavə məlumat almaq və məmulatı daha diqqətlə yoxlamaq lazımdır.
Mütəxəssis qızılı ev şəraitində yoxlamaq üçün maqnit, yod, sirkə və ya keramika plitəsindən istifadə kimi xalq üsullarına da ehtiyatla yanaşmağı məsləhət görür. Bu üsulların əksəriyyəti dəqiq nəticə vermir və zinət əşyasına zərər vura bilər.
"Maqnit bəzi ucuz metalları istisna etməyə kömək edə bilər, lakin bütün ərintilər maqnitə reaksiya vermir. Kimyəvi maddələrlə aparılan sınaqlar isə məmulatın səthində izlər buraxa bilər. Hazırda metalın tərkibini yoxlamaq üçün xüsusi elektron cihazlardan istifadə olunur. Belə avadanlıqlara yalnız iri zərgərlik mağazalarında deyil, bir çox lombardlarda da rast gəlmək mümkündür. Xüsusilə nişan üzükləri və digər bahalı zinət əşyaları alarkən satıcıya suallar verməkdən və əlavə yoxlama tələb etməkdən çəkinməmək tövsiyə olunur", - deyə o vurğulayıb.
//oxu.az