Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Qızılın qiyməti 5 000 dollar ola bilər - AÇIQLAMA

13.01.2026 18:58 495
Qızılın qiyməti 5 000 dollar ola bilər - AÇIQLAMA
Əmtəə bazarlarında qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti 4 600 dollardır. Proqnozlara əsasən, bu il qiymətlərin 5 000 dollara yüksəlməsi gözlənilir.

Belə olduqda sual yaranır: qızılın qiymətinin bu səviyyəyə qədər qalxması realdırmı və belə bir artım qızıl-zinət əşyası bazarına necə təsir göstərəcək?

Sualımızı cavablandıran iqtisadçı ekspert Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, qızılın qiymətinin artmasının müxtəlif səbəbləri var.
 
Onun sözlərinə görə, dünyada baş verən qeyri-müəyyənliklər, Qərblə Şərqin və Cənubun mübarizəsi, ölkələrin bir-birinə sanksiyalar tətbiq etməsi, Amerika ilə Çin arasında birbaşa və dolayı gərginliklər, Rusiya-Ukrayna müharibəsi və Venesuela-ABŞ gərginliyi kimi hadisələr böyük bir prosesin tərkib hissəsidir:
 
“Qeyri-müəyyənlik artdıqca investorların qızıla marağı da yüksəlir və bu dövrlərdə qızıl diqqət mərkəzində olur. Bundan əlavə, faiz dərəcələrinin enməsi, ABŞ-da inflyasiyanın aşağı düşməsi və prezidentin təyziqləri faiz dərəcələrinin daha da azalacağını göstərir ki, bu da qızılın qiymətini artıran amillərdəndir. Qızılın qiymətinin 5 min dollara qədər çatması kifayət qədər realdır və təqribən 10 faizlik artım proqnozlaşdırılır. Lakin bu, əsasən dünyadakı qeyri-müəyyənliklər fonunda müəyyən olacaq”.

Ekspert qeyd edib ki, qeyri-iqtisadi faktorlar da qızılın qiymətində əhəmiyyətli rol oynayır:

“Dünya bazarında qızılın qiyməti artdıqda, zərgərlik məhsulları bazarında da qiymət yüksəlir, çünki istehsalda əsas xammal qızıldır. Əlbəttə, digər xərclər – zərgər haqqı, icarə, vergi və s. – də mövcuddur, amma əsas xərclər qızılın payına düşür. Əmtəə birjalarında qızılın qiymətinin qalxması zərgərlik məhsullarının qiymətinə birbaşa təsir edir və bu proses birmənalıdır”.скачать dle 11.3
Mojo.az Banner