Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

15.03.2025 22:02 804
Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?
"Bu gün bazarda qızılın qiymətini artıran faktorlar daha çoxdur. Qızılın qiyməti iqtisadi faktorlardan daha çox müharibələr, dünyada baş verən gərginliklər, siyasi sanksiyalarla bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Ekspertin fikirincə, bazarlarda qızılın yüksək qalacağına dair əminlik var. İqtisadçı bildirib ki, qızılın qiymətinin bahalaşmasının səbəbləri müxtəlifdir:

"Son iki ildir ki, bu sahədə bahalaşma davam edir. Azərbaycanın özü də qızıl ehtiyatlarını artırıb. Əgər 2023-cü ilin sonunda 12% qaldırılmışdısa, 2024-cü ildə 20,6%-ə qaldırılıb. İl ərzində 44 ton qızıl alınıb. Qızıla niyə maraq artır? Təkliflər çoxalır və buna görə qızılın qiyməti qalxır".

Xalid Kərimli xatırladıb ki, qızılın qiymətinin artması pandemiya dövründə başlayıb:

"Ölkə iqtisadiyyatlarına ciddi çağırış yarandı. Əhali işləmirdi, iqtisadiyyat da pis vəziyyətə düşdü. Ardınca Rusiya-Ukrayna müharibəsi və onun gətirdiyi qeyri-müəyyənliklər, III Dünya müharibəsi riski, müharibələrin genişlənməsi, Qərbin Rusiyaya sanksiyaları, Rusiyanın dollar və avro rezevlərinin dondurulması və s... Bu da dövlətlərdə sual yaratdı. Düşündülər ki, sabah bu günlər onları da gözləyə bilər və sərvətləri dondurula bilər. Başladılar ehtiyatlanmağa ki, hər şeyi pulda saxlamaq olmaz".

Ekspert hesab edir ki, infliyasiyanın aşağı düşməsi faiz dərəcələrini aşağı salıb:

"İnfliyasiya rəqəmləri zəiflədikcə faizləri daha da aşağı salacaqlar. Qızıl faiz vermir. Faiz dərəcələrinin aşağı düşməsi qızıla sahiblənməyə marağı artırır. Əsas məsələ, Amerikanın tarif siyasəti də başqa səbəbdir. Səhər tətbiq olunur, axşam geri götürülür və s. Bazarlar qeyri-müəyyənlikləri xoşlamır. Düşünürlər ki, onlar Avropa və Çinlə münasibətləri korlayacaqlar. Qızıl da qeyri-müəyyənlik zamanı bahalaşan aktivdir. Qızıl təhlükəsiz, sığorta aktiv hesab olunur. Qeyri müəyyənliyin artması qızılın qiymətini dəstəkləyici, yəni artıran faktordur".

Qeyd edək ki, əmtəə bazarlarında qızıl bahalaşmaqda davam edib. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,33% artaraq 3 001,1 ABŞ dollarına bərabər olub.

Son xəbərlər