Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?

23.09.2026 11:39 609
Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?
ABŞ-da inflyasiya ilə bağlı narahatlıqlar və Federal Ehtiyat Sisteminin faiz siyasətinə dair gözləntilər qlobal qızıl bazarında qiymətlərin dəyişməsinə səbəb olur. Son məlumatlara görə, spot qızılın qiyməti 0,3 faiz azalaraq 4 366 dollar səviyyəsinə düşüb. FES-in faiz qərarları isə investorların qızıl kimi gəlir gətirməyən aktivlərə münasibətinə birbaşa təsir edən əsas amillərdən biridir.

Bəs dünyada qızılın qiymətində baş verən bu dəyişiklik Azərbaycan bazarında özünü necə göstərə bilər? Qızılın ucuzlaşması ölkədə zinət əşyalarının qiymətinə təsir edə bilərmi və hazırkı qiymət səviyyəsində qızıl almaq investisiya baxımından necə qiymətləndirilir?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib:

"Azərbaycandakı qızıl qiymətləri dünya birjası ilə paralel hərəkət edir. Dünyada qızılın qiymətində müəyyən ucuzlaşma olduqda bu, Azərbaycan bazarına da təsirsiz ötüşmür".

İqtisadçının sözlərinə görə Azərbaycan kənarda fəaliyyət göstərən bir bazar deyil:

"Son vaxtlar qızılın qiymətində ucuzlaşma var. Son bir aya nəzər salsaq, qızıl 4.800-dən 4.700 və 4.300 dollara qədər ucuzlaşıb. Təbii ki, bu, Azərbaycan bazarına da təsir edəcək. Çox güman ki, ölkəmizdə də qızıl zinət əşyalarının qram nisbətində müəyyən qiymətlərdə ucuzlaşma ola bilər".
Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner