Mojo.az Banner
23:44 Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”  |     23:03 Daha bir şəhidin nəşi 32 il sonra tapıldı  |     22:53 Məşhur cütlük evliliklərini göylərdə qeyd etdi  |     22:43 "Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov  |     22:13 Eynək seçərkən diqqətli olun  |     22:08 “ChatGPT” pulunuza da nəzarət edəcək  |     21:59 Moskvaya uçan 20 dron vurulub  |     21:53 Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir  |     21:45 Ov qadağası balıq bazarına necə təsir edir? - Video  |     21:40 Məşhur avtomobil markası silah istehsalına başlayır?  |     21:32 Çox işləmək piylənməyə səbəb olur  |     21:25 Levandovski "Barselona"dan ayrılacağını açıqladı  |     21:20 Haqqında film çəkilən deputat vəfat etdi (FOTO)  |     21:14 Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək  |     21:06 YouTube 18 yaşdan yuxarı bütün istifadəçilərə süni intellektlə deepfake aşkarlamasını açıq etdi  |     21:01 Ən çox görülən yuxular hansılardır? - Ekspertlər onların mənasını açıqladı  |     20:53 Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olundu  |     20:47 "Şamaxı" və "Qarabağ" qələbə qazanıb  |     20:39 Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək  |     20:34 Türkiyəyə dron düşdü  |    
Left Banner
Right Banner

2026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq? (Video)

02.01.2026 11:48 891
2026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq? (Video)
Bir ildən çoxdur rekord həddə çatan qızılın qiyməti ilə bağlı proqnozlar açıqlanıb. İqtisadçılar qiymətin artacağını bildirirlər.

Median.Az
"Xəzər TV"yə istinadla xəbər verir ki, iqtisadçı ekspert Elman Sadıqov 2026-cı ildə qızılın qiymətində texniki olaraq artım tempinin davam edəcəyini gözləyir.

O bildirib ki, son 10 il ərzində dolların yığılmış (kumulyativ) inflyasiya göstəriciləri demək olar ki, artıq qızılın qiymətinə öz təsirini göstərib. Bundan sonra baş verəcək qiymət artımlarına isə digər amillər təsir edəcək. Nəticə etibarilə, bu faktorlar qızılın qiymətinin artımına təsir edən amillər sırasındadır.

İqtisadçı qeyd edib ki, qiymətin artımına təsir edən əsas amil bazardakı tələbatdır. Bundan sonra qızılın qiymətinə təsir edən tələb amili daha çox dövlətlərin, mərkəzi bankların, fondların və investisiya banklarının tələbindən irəli gələcək. Ən böyük amillərdən biri isə ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini 2026-cı ildə tənzimləməsi olacaq.

Elman Sadıqov əlavə edib ki, faiz dərəcələrinin azaldılacağı proqnozlaşdırılsa da, ABŞ-də 3 faiz ətrafında qalan inflyasiya təzyiqi bu sürəti müəyyən qədər aşağı salır. Yəni qızılın qiyməti qalxsa da, 2025-ci ildə müşahidə olunan yüksək templi artım ehtimalı aşağıdır.скачать dle 11.3
Mojo.az Banner