Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Suriya Məkkə Müdafiə Alyansına qoşula bilər

31.10.2026 20:00 441
Suriya Məkkə Müdafiə Alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə Müdafiə Alyansına qoşulmaq məsələsini nəzərdən keçirir.

Median.Az
"Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue" konfransında bildirib.

"Hazırda Suriyanın Məkkə Alyansına daxil olması imkanlarını qiymətləndirmək məqsədilə müzakirələr aparılır", - nazir deyib.

Onun sözlərinə görə, bu gün regionun heç bir ölkəsi öz təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmir. Əş-Şibani Fars körfəzinin təhlükəsizliyinin Suriyanın təhlükəsizliyinin bir hissəsi olduğunu vurğulayaraq əlavə edib ki, Dəməşq transsərhəd silahlı qruplaşmalara qarşı mübarizədə körfəz ölkələrini dəstəkləyir.

Qeyd edək ki, 2026-cı ilin avqust ayında Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan hərbi əməkdaşlığa dair Məkkə müdafiə sazişini imzalayıblar. Bu sənəd iştirakçı dövlətlərdən birinə hücum edildiyi təqdirdə kollektiv cavab tədbirlərini nəzərdə tutur. Ölkələr bu müqaviləni ABŞ və İran münaqişəsi fonunda bağlayıblar, hansı ki, bu qarşıdurma zamanı İran hərbçiləri Səudiyyə Ərəbistanı ərazisindəki obyektləri də atəşə tutmuşdular.

Oktyabrın əvvəllərində İslamabad və Ankara həmin saziş çərçivəsində Ər-Riyadla yalnız müdafiə məqsədilə Səudiyyə Ərəbistanı ərazisində hərbi qüvvələrin yerləşdirilməsinə dair razılığa gəliblər. Bu addım krallıqla husilər arasında qarşılıqlı zərbələrin endirildiyi bir vaxtda atılıb.

Məkkə müqaviləsi
Suriya
Pakistan
Türkiyə

Son xəbərlər