Mojo.az Banner
17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda söküntü zamanı ətrafdakı evlərə ziyan vurulub - İDDİA (VİDEO)

16.09.2024 12:09 1 068
Paytaxtda söküntü zamanı ətrafdakı evlərə ziyan vurulub - İDDİA (VİDEO)
Bakıda söküntü işləri zamanı ətrafdakı evlərə zərər vurulub. Bir-birinə bitişik olan bəzi evlərin divarında iri çatlar əmələ gəlib.

"Xəzər Xəbər"ə müraciət edən paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yaşayan sakinlər belə iddia edirlər.

Dalan 2-ünvanında yaşayanlar deyirlər ki, bir müddət əvvəl ''Vialon'' tikinti şirkətinin əməkdaşları sözügedən ünvandakı fərdi evləri alıb, yerində bina inşa etmək üçün bəzi ailələrlə razılığa gəlib.

Amma 60-a yaxın ev sahibi ilə qiymətdə razılaşma olmadığı üçün mənzillərini tərk etməyiblər.

Sakinlər deyirlər ki, tikinti şirkəti onlara bir kvadratmetr üçün 1500-1800 manat kompensasiya ödəyir. Amma sakinlər yerləşdiyi ünvana görə bunun real bazar qiymətindən çox ucuz olduğunu əsas gətirərək şirkətlə müqavilə imzalamırlar.

Məsələ ilə bağlı ''Vialon'' tikinti şirkətinin rəhbəri Ramil Qasımov iddia etdi ki, söküntü işlərini onlar yox, razılığa gəldikləri ev sahibləri özləri aparıblar.

Tikinti şirkətinin rəhbəri onu da əlavə etdi ki, söküntü aparılan yerdə çoxmərtəbəli binalar yox, dördmərtəbəli müasir təhsil kompleksinin inşası nəzərdə tutulub.

Daha ətraflı süjetdə:скачать dle 11.3
Mojo.az Banner