Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Evləri plana düşən bu binanın sakinləri kompensasiyadan narazıdır (VİDEO)

09.10.2025 22:05 537
Evləri plana düşən bu binanın sakinləri kompensasiyadan narazıdır (VİDEO)
Bakıda söküntü üçün təyin olunan kompensasiya məbləğinin sakinlərə ödənilmədiyi iddia edilir. Bu iddia ilə paytaxtın Sabunçu rayonu, Qambay Vəzirov, Döngə 2 Q ünvanında yaşayan sakinlər "Xəzər Xəbər"ə müraciət ediblər.

Rixard Zorgenin Ev-muzeyi olan və hazırda yaşadıqları bina qəzalı vəziyyətdə olduğu üçün plana düşüb. Sakinlərə bunun üçün evin kvadratına uğun olaraq 1350 manat məbləğində kompensasiya təklif edilib. İddiaya görə, bu məbləğə razı olmasalar da, bəzi sakinlər ödəniş olunaraq evdən zorla çıxarılıblar, bir neçə ailəyə isə ümumiyyətlə kompensasiya ödənilməyib.

Sakinlər onu da iddia edirlər ki, yaşadıqları əraziyə uyğun olaraq 2500-2800 manat kompensasiya məbləği təyin olunsa da, onlara bundan daha az pul verilir. Evlərinin ölçüləri isə az hesablanır.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər”ə bildirilib ki, sakinlərin çoxsaylı müraciətlərinə əsasən aidiyyəti qurumlar tərəfindən sözügedən binaya baxış keçirilib və qəzalı vəziyyətdə olması müəyyən edilib. Sözügedən ünvan üzrə 15 mülkiyyət sahibinə hüquqmüəyyənedici və digər zəruri sənədlər əsasında notarial qaydada müqavilə bağlanılaraq, kompensasiya ödənilib və köçürülmə təmin edilib. Digər sakinlər isə təklif edilən kompensasiya məbləği ilə razılaşmayıblar.

Komitədən o da qeyd edilib ki, həmin ünvanda hər kvadratmetr üzrə kompensasiya məbləği 2500-2800 deyil, 1350 manat təyin olunub. Bu məbləğ qiymətqoyma şirkəti tərəfindən müəyyənləşdirilib. Sakinlər təklif edilən kompensasiya məbləği ilə razılaşacaqları təqdirdə, qısa müddət ərzində eyni qaydada müqavilə bağlanılaraq, kompensasiya ödəniləcək və köçürülmə təmin olunacaq.

Son xəbərlər