Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Bakıda evi plana düşən sakinlər narazılıq edir: "48 000 AZN-ə ev ala bilərəm?" - VİDEO

08.05.2025 22:11 868
Bakıda evi plana düşən sakinlər narazılıq edir:
Paytaxtın Səbail rayonu Salman Mümtaz 30 və 34 (keçmiş Çernyakovski küçəsi) ünvanlarında yaşayan sakinlər evlərinin sökülməsinə narazılıq edirlər. İllərdir bu ünvanda pis-yaxşı yaşayan sakinlər bir müddət əvvəl evlərinin plana düşdüyünü öyrənib. Bir neçə ailə verilən kompensasiya ilə razılaşaraq başqa yerlərə köçüblər. Hazırda orada yaşamağa davam edən sakinlər isə verilən məbləğdən narazıdır. Onlar kompensasiyanın azlığından şilayətlənirlər.

Median.Az xəbər verir ki, bu barədə "Real TV"yə danışan sakinlər evləri üçün 40 000 və 48 000 AZN kompensasiya məbləği təklif edildiyini vurğulayıblar:

"Kvadratmetrinə 1500-1550 AZN verdilər. Deyirlər "Evləri boşaldın gedin, sən ev al ya da alma sadəcə çıx get burdan". Mən indi 8 nəfər ailə üzvümlə hara gedim? 40 000 AZN, 60 000 AZN-ə də ev alarlar?" - deyə, həmin ərazidə yaşayan sakin qeyd edib.

Başqa bir sakin isə onun 30 kvadratmetrlik evi üçün ödənilən kompensasiyaya başqa yerdən ev almağın mümkün olmadığını bildirib:

"Gəldilər çəkdilər ölçdülər… mənə 48 000 AZN kompensasiya vermək istəyirlər. Bu 48 000 AZN-lə mən neynəyim? Evim 30 kvadratmetrdir. Bizə ev də vermirlər, sadəcə 48 000 AZN pul verirlər. Deyirlər istəyirsən götür istəyirsən götürmə… Bu 48 000 AZN-lə ev ala bilərəmmi?"

Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə müraciət edilib. Qeyd edilib, ki bu məsələ ilə onların heç bir əlaqəsi yoxdur. Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanlanıb.

Komitədən bildirilib ki, oradan hələ də köçməyən vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələri bağlanacaq.

Ətraflı videoda:скачать dle 11.3
Mojo.az Banner