Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:01 Kaliforniyada təyyarə qəzası olub - Ölənlər var | 19:56 Rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı yeni tələblər | 19:50 3-cü sinif şagirdi vəfat etdi | 19:42 Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq | 19:37 Baydenin bu görüntüsü diqqət çəkdi | 19:30 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı | 19:24 "Şahzadə Mustafa" Bakıya gələcək | 19:15 “Yer elə materialdandır ki, ayaq qoyan kimi sürüşür” – Piyada keçidindən ŞİKAYƏT | 19:10 İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var | 19:03 Hacıqabuldakı ölümün kanalizasiya quyusu ilə əlaqələndirilməsi yanlışdır - ADSEA | 18:57 İspaniya nəhəngi ilə qarşılaşma öncəsi "Sabah"ın futbolçusundan açıqlama | 18:43 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? | 18:32 "Barselona" Bakıdakı matçla bağlı əsas məqamları açıqladı | 18:06 İki baş həkim vəzifəsindən azad edildi | 18:03 Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı | 17:57 Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı | 17:56 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb | 17:54 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - Siyahı | 17:45 Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır | 17:43 Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi |
Mojo.az Avto
Mojo.az Avto

Bakının üç rayonunda söküntü olacaq

27.08.2025 18:54 735
Bakının üç rayonunda söküntü olacaq
Bakıda daha 3 rayonda istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

Median.Az
Baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə söküntü işləri paytaxtın Sabunçu, Suraxanı və Səbail rayonlarında aparılacaq.

Səbail rayonunda istismar müddəti bitmiş qəzalı binaların sökülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidməti ilə bağlı tender elan olunub. Tenderi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi keçirir. Sözügedən layihə çərçivəsində Salman Mümtaz küçəsindəki 30 və 34 nömrəli, eləcə də Dağlıq küçəsindəki 24 nömrəli binaların söküntüsü üçün sənədləşmə və nəzarət işləri həyata keçiriləcək.

Həmçinin, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş qəzalı binaların söküntüsü üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Bu məqsədlə də Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən tender elan edilib.

Söküntü işlərinin aparılacağı ünvanlar aşağıdakılardır:

Sabunçu rayonu, Y.Qasımov küçəsi, ev 39

Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və bina 6

Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi, ev 43

Qeyd edək ki, hazırda söküntü işlərinin aprıldığı ərazilərdə əhaliyə iki yol təklif olunur. Vətəndaşlara söküləcək evlərinin yerində inşa olunacaq binalardan mənzillər təklif edilir. Həmin ərazidəki mənzil sahibləri müvəqqəti olaraq kirayə evlərə köçürülür. Onlara kirayə haqqı da ödənilir. Vətəndaşın evi 50 kvadrat olursa, ona əlavə 20 kvadrat artıq mənzillər təklif olunur.

Digər yol isə vətəndaşlara söküləcək mənzilləri müqabilində kompensasiya verilməsidir. Hazırda Bakı üzrə kompensasiya məbləği 2500-2800 AZN arasında dəyişir.

Son xəbərlər