Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:06 İki baş həkim vəzifəsindən azad edildi | 18:03 Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı | 17:57 Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı | 17:56 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb | 17:54 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - Siyahı | 17:45 Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır | 17:43 Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi | 17:41 Küləyin sürəti artacaq - Xəbərdarlıq | 17:30 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib | 17:28 Sənədsiz ev alanların sayı azalır – SƏBƏBİ AÇIQLANDI | 17:26 Azərbaycanlı güləşçinin qanında qadağan olunmuş maddə tapıldı | 17:25 Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqləndi | 17:23 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər | 16:59 Bakıda tanınmış iş adamı vəfat etdi | 16:51 Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu | 16:51 Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq | 16:36 Tanınmış türkiyəli müğənni faciəli şəkildə öldü | 16:34 Temperatur 5 dərəcə enəcək, intensiv yağış yağacaq - Xəbərdarlıq | 14:34 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 14:23 Metronun iş vaxtı dəyişdirilir |
Mojo.az Avto
Mojo.az Avto

Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı

24.11.2026 17:57 201
Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı
Bir neçə ay əvvəl iş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyeva artıq azadlıqdadır.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmə onunla bağlı sonuncu qərarı ləğv etdiyi üçün G.Allahverdiyeva həbsdən azad olunub.

Oktyabrın sonunda Ali Məhkəmə məhkum xanımın kassasiya şikayətini təmin edib. Yüksək instansiyanın hakimləri əvvəlki məhkəmələrdə işə düzgün baxılmadığı, qərarın işin faktiki halları ilə uyğun gəlmədiyi və başqa qanun pozuntularına yol verildiyi qənaətinə gəliblər.

Nəticədə, Bakı Apellyasiya Məhkəməsinin qərarı tam ləğv edilib, iş yenidən baxılması üçün geri qaytarılıb. Həbslə bağlı qərar ləğv edildiyi üçün azyaşlı uşaq anası olan G.Allahverdiyevanın həbsdə qalmasına zərurət görülməyib. O, artıq azadlığa buraxılıb.

Yaxın günlərdə iş üzrə yeni apellyasiya baxışı başlayacaq.

Xatırladaq ki, iki il əvvəl Gülşən Allahverdiyevanın şikayəti əsasında Ailə TV, "Caspian Telecom" MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyev həbs olunmuşdu. F.Allahverdiyev evli olduqları dövrdə həyat yoldaşına əzab verməkdə və seksual xarakterli hərəkətlərdə ittiham edilirdi. Amma məhkəmə ona seksual xarakterli hərəkətlər ittihamı üzrə bəraət verib, əzab verməkdə isə təqsirli bilərək azadlığın məhdudlaşdırılması (elektron qolbaq taxılması) cəzasına məhkum edib.

Sonradan isə işin gedişi dəyişib. Bu dəfə Gülşən Allahverdiyeva təqsirləndirilən, Fuad Allahverdiyev isə zərərçəkmiş kimi tanınıb. O, keçmiş ərinə aid şəxsi xarakterli foto və videomaterialları qanunsuz yolla əldə etməkdə, bu materiallardan tamah məqsədilə istifadədə və hədə-qorxu ilə külli miqdarda əmlak tələb etməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Allahverdiyevaya 10 il 6 ay həbs cəzası verilib, lakin övladı 14 yaşına çatana kimi, yəni 2029-cu ilə qədər cəzanın çəkilməsi təxirə salınıb. Amma Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib, "Azərreyl" voleybol klubunun üzvü olmuş G.Allahverdiyeva məhkəmə zalında həbs edilib.

Son xəbərlər