Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:59 Bakıda tanınmış iş adamı vəfat etdi | 16:51 Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu | 16:51 Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq | 16:36 Tanınmış türkiyəli müğənni faciəli şəkildə öldü | 16:34 Temperatur 5 dərəcə enəcək, intensiv yağış yağacaq - Xəbərdarlıq | 14:34 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 14:23 Metronun iş vaxtı dəyişdirilir | 13:53 Azərbaycanda vəzifəli şəxslərə yeni məhdudiyyətlər qoyulur | 13:22 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ | 13:11 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 12:51 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq: Şirkət direktoru hakim qarşısında | 12:50 Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu | 12:49 Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır | 12:48 Azərbaycan nefti ucuzlaşıb | 12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı | 12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib |
Mojo.az Avto
Mojo.az Avto

Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu

24.11.2026 16:51 168
Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu
Dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə qanunsuz keçmək istəyən Əfqanıstan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
APA-ya istinadla xəbər verir ki, Astara Rayon Məhkəməsində hakim Emin Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən E.N., G.Y., G.C., İ.Ə., G.S. 1 il 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Həmin şəxslər cəzalarını başa vurduqdan sonra ölkədən çıxarılacaqlar.

Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyərkən Astarada Dövlət Sərhəd Xidmətinin sərhəd naryadları tərəfindən saxlanılıblar.

Onlara Cinayət Məcəlləsinin 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər