Metronun iş vaxtı dəyişdirilir
Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı ilə əlaqədar metronun "qırmızı xətt"ində (M1) iş vaxtı bir saat uzadılacaq.
Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, "qırmızı xətt"in bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.
Stansiyalara əlavə işçi qüvvəsi cəlb edilməklə nəzarət gücləndiriləcək. Qarşılaşmadan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək.
Gün ərzində isə qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.
Metronun "yaşıl" (M2) və "bənövşəyi" (M3) xətlərində iş rejimi dəyişdirilməyəcək.