Mojo.az Banner
19:35 Rusiyada həbsdə olan vəkil Elman Paşayev pensiyasının bərpası üçün iddia qaldırıb  |     19:16 Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib  |     18:48 Gəmi qəzasının 15 qurbanının axtarışı davam edir  |     18:40 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var"  |     18:37 Naxçıvan şəhərində su təchizatında fasilə yaranacaq  |     18:37 Yunanıstanda qırıcı təyyarə qəzaya uğradı  |     18:11 Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu  |     17:56 Həkimlər bu 5 gigiyena məhsulunu dərhal atmağı məsləhət görür  |     17:39 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı  |     17:33 Hava ilə bağlı XƏBƏRDARLIQ: Külək güclənəcək  |     17:32 Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq  |     17:20 Bu məktəblərin fəaliyyəti dayandırılacaq  |     17:13 Tələbə yataqxanalarında vəziyyət necədir? - Qiymətlər, yerlər və güzəştlər  |     17:08 Azərbaycanda yeni universitetin yaradılması təklif olunur  |     17:01 Alimlər narahatdır: Çirkli buz buzlaqların əriməsini sürətləndirə bilər  |     16:55 Ötən gün 2 avtomat, 1 tapança aşkarlanıb  |     16:50 Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)  |     16:43 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək  |     16:38 Borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb  |     16:30 Amin Novruzov vəfat etdi  |    
Left Banner
Right Banner

Metronun iş vaxtı 1 saat uzadılır

23.01.2025 18:36 699
Metronun iş vaxtı 1 saat uzadılır
“Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) əsasında “Bakı Metropoliteni” QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın 23-dən 24-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”stansiyasında bir sıra tədbirlər görüləcək. Oyunun başlanması ərəfəsində stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, oyun qurtardıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiya keçidində tənzimləmə tədbirləri görüləcək, qatarların hərəkəti xüsusi qrafiklə təmin ediləcək.

“Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.скачать dle 11.3
Mojo.az Banner