Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu
Astarada lüzumsuz yerə Daxili İşlər Nazirliyinin "102" xidmətinə dəfələrlə zəng edib iş rejimini pozan şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.
Median.Az Xitab24.az-a istinadən xəbər verir ki, araşdırmalarla əməli törədənin 1965-ci il təvəllüdlü rayon sakini olduğu müəyyənləşib.
Sərxoş vəziyyətdə sözügedən əməli törədən şəxs daha sonra polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərib. O, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.