Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

“102”yə əsassız zənglər etdi, həbs olundu

10.06.2025 22:11 1 056
“102”yə əsassız zənglər etdi, həbs olundu
Masallıda sərxoş kişi öz başına iş açıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Qızılağac kəndində yaşayan 40 yaşlı Əbdül Süleymanov (şərti ad-soyadlı) Daxili İşlər Nazirliyinin "102” qaynar xəttinə dəfələrlə zəng edərək faktlara əsaslanmayan şikayətlər səsləndirib və mərkəzi lüzumsuz yerə məşğul edib.

Sonuncu dəfə o, sərxoş vəziyyətdə dayısı ilə mübahisə etdikdən sonra "102”yə ardıcıl zəng edib, əsassız şikayətlər bildirib.
Məsələni araşdırmaq üçün polis əməkdaşları Qızılağac kəndinə gedib. Əbdül isə polisin suallarına cavab verməkdən yayınıb, nalayiq hərəkətlər edərək tabesizlik göstərib.

Hərəkətlərinə görə onun barəsində inzibati xəta protokolu tərtib olunub və hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Masallı Rayon Məhkəməsinin qərarı ilə Ə. Süleymanov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 10 sutka həbs edilib.

Son xəbərlər