Mojo.az Banner
20:02 Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM  |     19:57 "Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı  |     19:50 Azərbaycan balı Avropa bazarına çıxır  |     19:44 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     19:39 Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı  |     19:32 Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər  |     19:24 Azərbaycanda bu məhsullar bahalaşdı  |     19:16 Hotel işçilərinin hirsini bayraqdan çıxdı - Polis həbs etdi  |     19:11 Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO  |     19:04 Sabah hava yağmursuz keçəcək  |     18:59 Abşeronda zəhərli ilanlar evlərə dolub - VİDEO  |     18:52 Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq  |     18:47 Bir ovucla başlayır, paketlə bitir: "Semiçka" niyə bu qədər cəlbedicidir?  |     18:39 Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB  |     18:33 Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...  |     18:25 Bu bürclər işdə uğur qazanacaq - Maaşları artacaq  |     18:18 Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olundu  |     18:04 İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı  |     18:01 XİN Qara dənizdə yük gəmisinin dron hücumlarına məruz qalması ilə bağlı məlumat yaydı  |     17:52 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi  |    
Left Banner
Right Banner

Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu

23.11.2024 15:52 561
Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İran vətəndaşı S.S.-nin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.S. bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılmalıdır.

İttihama görə, S.S. Azərbaycanın mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə ölkəmizə gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə 5 iyul 2024-cü il tarixdə dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Xəzər dənizinin Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Astara sahil nəzarəti bölməsinin yanalma körpüsünün sağ tərəfindən təxminən 4.5 kilometrliyində yerləşən ərazidən dənizdə üzərək, qəsdən qanunsuz olaraq İrandan Azərbaycan istiqamətində keçib. O, 5 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Azərbaycan Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Astara şəhərində yerləşən "Astara bulvarı"nda aşkar edilərək saxlanılıb.

Əcnəbinin barəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner