Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qanunsuz yolla İrandan Azərbaycana keçən Əfqanıstan vətəndaşları HƏBS EDİLDİLƏR

19.12.2025 12:06 960
Qanunsuz yolla İrandan Azərbaycana keçən Əfqanıstan vətəndaşları HƏBS EDİLDİLƏR
Dövlət sərhədini qanunsuz yolla keçən Əfqanıstan vətəndaşları həbs ediliblər.

Oxu.az-ın məlumatına görə, Əfqanıstan vətəndaşları aprelin 30-da və sentyabrın 19-da dövlət sərhədini qanunsuz yolla keçiblər.

Belə ki, aprelin 30-da 2005-ci və 1999-cu il təvəllüdlü Əfqanıstan vətəndaşları İrandan Azərbaycanın Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisinə, qanunsuz olaraq keçiblər.

19 sentyabrda 2003-cü il təvəllüdlü daha bir Əfqanıstan vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikasının Astara rayonunun Vəznəş kəndi ərazisinə keçib.

Təqsirləndirilənlər Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıblar.

Astara Rayon Məhkəməsinin qərarı ilə 1999-cu və 2005-ci il təvəllüdlü Əfqanıstan vətəndaşları Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə, 2003-cü il təvəllüdlü Əfqanıstan vətəndaşı isə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Onların cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına dair qərar qəbul edilib.

Son xəbərlər