Mojo.az Banner
19:22 Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı  |     19:17 Azərbaycanda məktəb direktoru vəfat etdi  |     19:09 Avqustun ən bahalı məhsulu açıqlandı  |     19:04 Azərbaycanda AA seriyalı maşınlar "su qiymətinə" satışa çıxarılır  |     18:58 Qazaxıstana getmək istəyənlərin diqqətinə: Ölkəyə girişdə YENİLİK tətbiq olunacaq  |     18:45 Ermənistanda Qaqik Xaçatryana qarşı cinayət işinin təfərrüatı məlum olub  |     18:33 Sabah bu ərazilərdə qaz olmayacaq  |     18:26 Yaş artdıqca evlənmək istəyi azalır? – Araşdırma nə deyir  |     18:18 Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu  |     18:13 Bakıda yeni tribuna quraşdırıldı  |     18:08 Boşanma olmadan aliment: Kim, necə və nə qədər tələb edə bilər?  |     18:06 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:48 Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi  |     17:47 Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi  |     17:21 Kəndli məhsulunu satmır, məhv edir: Bazar niyə fermerə qapalıdır?  |     17:08 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı  |     16:57 Narkotest nəticələrini dəyişməyi vəd edən sabiq hərbçilərə HÖKM OXUNDU  |     16:50 30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?  |     16:42 Sevgilisinə mesaj yazdı, səhvən arvadına göndərdi - Evdə dava düşdü, iş məhkəmədə bitdi  |     16:39 "Təzə Bazar"da oğurluq: Müştəri kimi getdi, 1100 manatlıq telefon oğurladı  |    
Left Banner
Right Banner

Üç ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldılar

27.03.2024 11:34 1 014
Üç ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldılar
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Üç ay əvvəl Bakı Hərbi Məhkəməsinin hökmü ilə nüfuz alverində təqsirləndirilən zabitlər - Savalan Rəsulov 3 il 6 ay, Fərid İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. İttihama görə, sözügedən zabitlər hərbi həkim komissiyasının üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir edib, çağırışçıların xidmətdən yayınmaları müqabilində ümumilikdə 67 min manat pul alıblar.

Müttəhimlər hökmlə razılaşmayıb, apellyasiya şikayəti veriblər. Şikayəti Həsən Əhmədovun sədrlik etdiyi hakimlər heyəti araşdırıb. Yuxarı instansiya məhkəməsinin hakimləri istintaq materialları ilə tanış olduqdan sonra təqsirləndirilən şəxslərin həbsdə qalmasına zərurət olmadığı qənaətinə gəliblər.

Qərara əsasən, S.Rəsulov və F.İsmayılov 9 min manat cərimə cəzasına məhkum edilib. Zabitlər hər ikisi məhkəmə zalında həbsdən azad ediliblər.скачать dle 11.3
Mojo.az Banner