Mojo.az Banner
18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |     18:20 Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto  |     17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |     17:57 Pensiya vədi ilə 13 min manatlıq dələduzluq  |     17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |     17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputatın qardaşı oğlu azadlığa buraxıldı

28.11.2023 13:45 1 869
Deputatın qardaşı oğlu azadlığa buraxıldı
Dələduzluğa və rüşvətə təhrik etməyə görə məhkum edilmiş Bakı Humanitar Kollecinin sabiq rektoru Vaqif Əmiraslanovun oğlu Emil Əmiraslanov vaxtından əvvəl azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Təqsirləndirilən Əmiraslanov 2020-ci ildə nəfərin ümumilikdə 52 min manat pulunu ələ keçirməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilb.

O, üç il sonra barəsindəki hökmdən apellyasiya şikayəti verib, Ali Məhkəmənin Plenum qərarına əsaslanaraq Cinayət Məcəlləsinin 32.4,312.2-cü (rüşvət verməyə təhrik etmə) maddəsinin ittihamdan xaric edilməsini, eyni məcəllənin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq cəzadan azad olunmasını xahiş edib.

İlqar Murquzovun sədrlik etdiyi hakimlər heyəti şikayəti təmin edib. E.Əmiraslanov məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, E.Əmiraslanov əvvəllər Yasamal Rayon Məhkəməsində məhkəmə iclasının katibi, məhkəmə icraçısı, 2012-ci ildən 2015-ci illərdə Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi işləyib. O, həm də millət vəkili, professor Əhliman Əmiraslanovun qardaşı oğludur.скачать dle 11.3
Mojo.az Banner