Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:30 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib | 17:28 Sənədsiz ev alanların sayı azalır – SƏBƏBİ AÇIQLANDI | 17:26 Azərbaycanlı güləşçinin qanında qadağan olunmuş maddə tapıldı | 17:25 Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqləndi | 17:23 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər | 16:59 Bakıda tanınmış iş adamı vəfat etdi | 16:51 Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu | 16:51 Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq | 16:36 Tanınmış türkiyəli müğənni faciəli şəkildə öldü | 16:34 Temperatur 5 dərəcə enəcək, intensiv yağış yağacaq - Xəbərdarlıq | 14:34 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 14:23 Metronun iş vaxtı dəyişdirilir | 13:53 Azərbaycanda vəzifəli şəxslərə yeni məhdudiyyətlər qoyulur | 13:22 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ | 13:11 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 12:51 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq: Şirkət direktoru hakim qarşısında | 12:50 Sərxoş halda dəfələrlə "102"yə zəng edən şəxs həbs olundu | 12:49 Nağdsız ödənişlərlə bağlı yeni dövlət proqramı hazırlanır | 12:48 Azərbaycan nefti ucuzlaşıb | 12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı |
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib

24.11.2026 17:30 42
FOTO Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan Prezidentinin 2026-ci ilin aprelində Gürcüstana dövlət səfəri məmnunluqla xatırlanıb, səfər çərçivəsində yaxşı nəticələrin əldə olunduğu vurğulanıb.

Xalqlarımız arasında əbədi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib və bundan irəli gələrək bu gün Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi bildirilib.

İkitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi və əlaqələrimizin genişləndirilməsi baxımından müntəzəm olaraq həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə, həmçinin bu yaxınlarda keçirilmiş hökumətlərarası komissiyanın iclasına toxunulub.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərin Gürcüstan tərəfindən alqışlandığını bildirib.

Cənubi Qafqaz regionunda mövcud sabitliyin önəmi nəzərə çatdırılıb, Azərbaycanda və Gürcüstanda, həmçinin daha geniş regionda hökm sürən sabit vəziyyətin ölkələrimizin inkişafında rolu vurğulanıb.

Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artması məmnunluqla qeyd edilərək, bu nəqliyyat dəhlizinin, həmçinin Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi müxtəlif bağlantı layihələrinin əhəmiyyətinə toxunulub.

Prezident İlham Əliyev regional məsələlərdə hər zaman inklüziv yanaşmanın olmasının vacibliyini vurğulayıb. Bu xüsusda, Azərbaycanın və Gürcüstanın regionda birgə səylərlə həyata keçirdiyi Orta Dəhliz layihəsinin artıq funksional olduğu və bu xətlə daşımaların mütəmadi əsasda artdığı bildirilib.

Bu yaxınlarda imzalanmış "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik xətti layihəsinin önəmi qeyd edilib.

Söhbət zamanı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edildiyi xatırlanaraq, Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsinin regional əməkdaşlığın inkişafı baxımından vacibliyi diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Fotoalbom — 7 foto · redaktə üçün bloku seçib albom düyməsinə basın
Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib
Albomu sil


Son xəbərlər