Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:46 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO | 17:35 Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib | 17:34 Sənədsiz evlərə çıxarış veriləcək? - AÇIQLAMA | 17:14 Azərbaycanda gənc aktrisa vəfat edib | 17:06 İslam Rzayev və Azad Balayevin məhkəməsi başlayır | 17:00 Rusiyada internet kəsilib | 16:44 Məzuniyyətlə bağlı qaydalar dəyişir | 16:36 Milli Məclis yaşayış minimumunun artmasına razılıq verdi | 16:26 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı qanunda dəyişikliklər edildi | 16:04 Mərkəzi Bankın səlahiyyətləri artırıldı | 15:51 Prezident Özbəkistanla iki sənədi təsdiqlədi | 15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR |
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO

17.11.2026 17:46 33
Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilinin ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyi qeyd olunub.

Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Baş nazir İrakli Kobaxidzeyə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Söhbət zamanı müxtəlifsəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunuldu, ticarət dövriyyəsinin artırılması, bağlantılar, enerji, sərmayələr və digər istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Fotoalbom — 7 foto · redaktə üçün bloku seçib albom düyməsinə basın
Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
Albomu sil



Son xəbərlər