Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - FOTO

20.06.2025 12:27 1 278
İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Laziz Kudratovun ölkəmizə səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Azərbaycanla Özbəkistanın çox sayda birgə layihələr həyata keçirdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, bütün sahələrdə əlaqələrimizin sıx dostluq xarakteri daşımasının göstəricisidir.

Qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq qeyd edib ki, Özbəkistan dövlətinin başçısı qardaş Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır və bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə tapşırıqlar verib.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.

Qonaq vurğulayıb ki, ötən il Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı iki ölkənin prezidentlərinin qarşıya qoyduqları yeni prioritet istiqamətlər üzrə fəal iş aparılır.

Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı məmnunluqla vurğulanıb, sənaye kooperasiyası, nəqliyyat, logistika əlaqələrinin daha da genişləndirilməsi və yeni birgə layihələr barədə fikir mübadiləsi aparılıb.




Son xəbərlər