Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək | 19:21 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı | 19:05 Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var | 18:47 Sabah Bakıda hava yağmursuz olacaq | 18:36 Pensiyaların ödənilməsi ilə bağlı açıqlama – TARİXLƏR |
Mojo.az Avto
Mojo.az Avto

Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı

09.11.2026 22:12 21
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
Qaxda kişi arvadını döyüb.

Median.Az
xəbər verir ki, hadisə Güllük kəndində qeydə alınıb.

60 yaşlı Tofiq Səfərov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi nikahda olan arvadı Simuzəri (şərti adla) yumruq zərbəsi ilə vurub.

Bu hərəkətinə görə T. Səfərov barəsində Cinayət Məcəlləsini 127.1-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs bildirib ki, Simuzərə ev işlərini görəndən sonra bağa gəlib ona akömək etməsini deyib. Özü də bundan sonra bağa fındıq yığmağa gedib. Lakin Simuzər gəlməyib və Tofiq evə gedəndə qadının heç bir ev işi görməyərək, yatdığının şahidi olub. Buna görə də yaranan mübahisə zamanı məlum hadisə baş verib.

Zərərçəkən qadının sözlərinə görə isə başı ağrıdığı üçün yatıb. Tofiqə bunu izah edəndə əri onu yumruqla vurub. O anda ağlamağa başlayıb və əri bir daha onu vurmayıb. Simuzər Səfərova hazırda əri ilə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Tofiq Səfərov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Qərara əsasən, ona Qax Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Qax rayonu, Güllük kəndində yerləşən yaşayış evini tərk etməmək və Qax rayonunun hüdudlarından kənara çıxmamaq tapşırılıb./Lent.az

Son xəbərlər