Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə

12.09.2026 21:32 351
Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə
Bakıda gənc oğlan arvadını döyüb.

Median.Az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

23 yaşlı Müslüm Səfərovla (şərti adla) həyat yoldaşı arasında qonaq otağında mübahisə düşüb. Buna səbəb qadının onunla kobud danışması olub. Mübahisə zamanı Müslüm dəmir armaturla arvadının qol, əl və ayaq nahiyələrinə zərbələr vuraraq, xəsarətlər yetirib.

Faktla bağlı Müslüm Səfərov saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən və zərərçəkən şəxs ifadələrində barışdıqlarını, eləcə də dəymiş ziyanın ödənildiyini bildiriblər. Həmçinin zərərçəkən qadın ərindən şikayətçi olmayıb.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və M. Səfərov məsuliyyətdən azad edilib.//lent.az

Son xəbərlər