Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtın hansı ərazilərində evlər sökülə bilər? - AÇIQLAMA

30.10.2026 20:47 282
Paytaxtın hansı ərazilərində evlər sökülə bilər? - AÇIQLAMA
"Hansı bina ki, qəzalıdır və istismar müddətini bitirib, onların sökülmə planı var. Hansı ki, köhnə binadır, onlarla bağlı əgər hər hansı bir müraciət varsa, yaxud vətəndaşların yaşayışı üçün təhlükə, risk varsa, texniki vəziyyəti ürəkaçan deyil, istifadə imkanları yoxdursa, məhz onlar sökülür. Yəni, burada layihənin önəmi yoxdur ki, hökmən bu layihə sökülməlidir".

Bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, əsasən Yasamal, Nəsimi, Sabail, Nərimanov və Xətai rayonlarıdır ki, burada mərkəz və mərkəzə yaxın ərazilər olduğuna görə, təbii ki, ilk növbədə həmin ərazilərə diqqət yetiriləcək və orada mərhələli sökülmə prosesi başlayacaq: "Amma bu proses dövlət büdcəsi hesabına həyata keçirilmədiyi üçün təbii ki, investorların axtarışları olur. İnvestorların axtarışı, qərar verilməsi, binaların köçürülməsi və s. Bunlar hamısı kifayət qədər vaxt tələb edən məsələlər olduğuna görə birdən-birə hər hansı bir layihədə olan mənzillərin sökülməsindən söhbət gedə bilməz. Bu yaxınlarda bir məsələ də olmuşdu ki, köhnə binaların bəzilərinin rekonstruksiyasını planlayırlar. Yəqin ki, köhnə binalar içərisində seçim olacaq. Hansılar konstruktiv elementlər baxımından dayanıqlıdır və hazırda yenə də bir neçə on illik vətəndaşlara xidmət göstərə bilər, yəqin ki, onlar müəyyən ediləndən sonra həmin izolyasiya məsələləri, digər məsələlər həmin binalarda tətbiq oluna biləcək. Hansılar ki, artıq sökülməyə namizəddirlər, onlar risk daşıyıcılarıdır və eyni zamanda texniki vəziyyətləri istifadə üçün yararlı olmadığını iddia etməyə imkan yaradır, o binalar təbii ki, söküləcək. Layihə burada önəm kəsb etmir. Burada binanın istismara uyğun olub-olmaması, texniki vəziyyəti xüsusi önəm kəsb edir".

Son xəbərlər