Mojo.az Banner
23:01 Wi-Fi problemi yaşayanlar üçün: evdə interneti gücləndirməyin yolları  |     22:56 Moskva İrəvanı hədələdi  |     22:49 Hikmət Hacıyev WUF13-ün yekunu ilə bağlı paylaşım edib  |     22:41 İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi  |     22:36 Tanınmış rəssam dünyasını dəyişdi  |     22:27 412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı  |     22:22 Kürün Xəzərə töküldüyü hissəsi balıqçılıq torlarından təmizləndi  |     22:15 Süni intellekt elmi fantastikaya yaxınlaşır: "Claude"un yaradıcısı "əyləci basmağa" çağırdı  |     22:09 Yundan istifadə sümükləri bərpa edirmiş  |     22:02 Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT  |     21:57 Kürün səviyyəsi yenidən artdı - Son vəziyyət  |     21:49 Tbilisi qatarında uşaqlara hansı güzəştlər olacaq?  |     21:44 Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəmə işi  |     21:36 Bu məktəblərə I sinfə qəbul müsabiqəsinin nəticələri elan olundu  |     21:30 Fəyyaz Xankişiyevin oğlunun məhkəməsi keçirildi  |     21:24 "Alisiya Möcüzələr Diyarında" adlı layihəyə görə 128 minlik dələduzluq işi  |     21:16 "Siti"də 10 illik Qvardiola dövrü bitdi  |     21:11 Ebola virusundan ölənlərin sayı açıqlandı  |     21:02 Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək  |     20:56 Şənbə günü 28° isti olacaq  |    
Left Banner
Right Banner

Bakıda 7 rayonda söküntü işləri aparılacaq

14.01.2026 19:09 291
Bakıda 7 rayonda söküntü işləri aparılacaq
Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır.
 
Median.Az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.
 
O bildirib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb:
 
"Sözügedən binaların söküntüsü planlaşdırılır. Söküntüdən əvvəl dövlət xətti ilə dövlət büdcəsindən və investorlar vasitəsilə prosesin aparılması və kompensasiyaların aparılması nəzərdə tutulur. Həmçinin bəzi ərazilərdə abadlıq işlərinin görülməzi, parkların salınması gözlənilir".
 
Sədr vurğulayıb ki, öz mülkündən imtina edən vətəndaşlara kompensasiya verilir ki, onlar başqa ərazilərdə özləri üçün yaşayış sahələri əldə edə bilsinlər:
 
"Əgər söküntünün getdiyi ərazidə yeni binaların inşası aparılarsa, həmin binadan vətəndaşlara yeni mənzillər təklif olunur. Bəzən deyirlər ki, kompensasiyanın miqdarı daşınmaz əmlakın dəyəri bazar qiymətinə uyğun müəyyən olunur. Biz Qiymətləndiricilər Cəmiyyəti olaraq daşınmaz əmlakın dəyərini onun yerinə tikiləcək yeni binanın satışında bir kvadratmetrə düşən məbləğə əsasən hesablayırıq. Bunun əsas səbəbi isə vətəndaşın yaşadığı əraziyə yaxın yerdə özünə mənzil ala bilməsinə şərait yaradılması ilə əlaqədardır".
 
Vüqar Orucov bildirib ki, qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililər fövqəladə hallar zamanı insanların həyatı üçün ciddi risk yaradır:
 
"Bəzi tikililər sürüşmə zonalarında, neft ilə çirklənmiş ərazilərdə, yüksəkgərginlik xəttin keçdiyi yerlərdə inşa olunub. Bunların hər biri insanın həyatını riskə atan amillərdir. Risk faktorunun aradan qaldırılması üçün də müvafiq söküntü işləri aparılır. Bəzi fərdi yaşayış evləri var ki, kommunikasiya xətlərinin keçdiyi torpaq sahəsində qanunsuz inşa edilib, mühafizə zolağına daxildir. Bu evlər də sökülür və lazımi kompensasiya ödənilir".
 
O əlavə edib ki, "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na uyğun olaraq şəhərin yenidən planlaması həyata keçirilir:
 
"Müasir tələblərə uyğun, tarixilik, qədimlik prinsipləri qorunmaq şərti ilə aparılacaq yeni infrastruktur dəyişikliklər, yeni yolların, parkların salınması, yeni binaların tikilməsi müəyyən dəyişiklər baş tutacaq. Bayılda, "Sovetski" adlanan ərazidə və ətraf məhəllələrdə, Yasamal rayonunda istismar müddətini başa vuran fərdi yaşayış evləri, magistral və park sahələrində yerləşən, yeni salınacaq park yerlərində mövcud olan bina və fərdi yaşayış evləri söküntüyə uyğun bilinir.
 
Nəqliyyat əlçatanlığının təmin olunması istiqamətində hansı ərazilərdə yeni yollar çəkiləcəksə, bu xəttə düşən fərdi yaşayış evləri və binalar da söküləcək. Baş plana uyğun şəhərin görüntüsü yenilənəcək.
 
Bu prosesin önəmi ondan ibarətdir ki, həmin ərazilərdə yaşayan vətəndaşlar yeni müasir dizayna malik mənzillərin əldə etməsinı şərait yaradacaq".скачать dle 11.3
Mojo.az Banner