Mojo.az Banner
23:00 Epşteynin sağ olduğu iddia edildi  |     22:56 Bakıda iki körpə eyni vaxtda həyatını itirdi: Əkizlərin ölümündə müəmmalı "boya" detalı (Video)  |     22:45 Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - Video  |     22:33 "Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK  |     22:12 Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb  |     22:08 200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (Video)  |     22:01 Azərbaycana səfəri zamanı ABŞ vitse-prezidentini dövlət katibinin müavini müşayiət edəcək  |     21:50 AZTV-nin sədr müavininə ağır itki  |     21:40 Pakistanda məsciddə törədilmiş terror aktının təşkilatçısı saxlanıldı  |     21:29 Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda  |     21:17 "Qızıl qaya" istirahət mərkəzində yanğın oldu  |     21:06 Ceyhun Bayramov sabiq səfirə yüksək vəzifə verdi (FOTO)  |     20:51 On min manatlıq cehizlik oğurlayan şəxs saxlanıldı  |     20:37 Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi - Sumqayıtda  |     20:36 "Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi  |     20:08 Uşaqlar dərsə gəlmir deyən müəllimlə bağlı tədbir görüldü - VİDEO  |     19:59 Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib  |     19:51 Güllələnən müəllimin atası: "Sosial şəbəkədə nə gəldi yazırlar" (VİDEO)  |     19:31 Azərbaycan cüdoçusu finala vəsiqə qazandı  |     19:25 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?  |    
Left Banner
Right Banner

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

08.04.2025 15:37 852
Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?
Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Məlumata görə, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi çox yüksək olan bina və tikililəri əhatə edir.

Söküntü işləri paytaxtın mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc "Trend"ə açıqlamasında deyib ki, Bakı şəhərinin baş planına əsasən, paytaxtın infrastrukturu yenidən qurulacaq.

"Bunun üçün prioritet məsələlərdən biri də şəhərin yenilənməsi və yaşıllıq sahələrinin daha çox olmasına önəm verilməsidir.

Getdikcə şəhər əhalisi artır. Bununla yanaşı, şəhərdə sıxlıq da artır. Bunları aradan qaldırmaq üçün şəhər böyüməli və inkişaf eləməlidir. Bu səbəblərdən dolayı şəhərin kənar ərazilərə doğru böyüdülməsi, infrastrukturun inkişafı barədə planlar mövcuddur.

Paytaxtda aparılacaq söküntü və köçürülmə məsələləri də bu məqsədlərdən irəli gəlir. Prioritetlərdən biri də odur ki, yeni tikililər inşa edilən zaman şəhərin bu günə qədər olan memarlıq siması saxlanılmalı, tarixi binalar toxunulmaz qalmalıdır. İstismar müddəti bitmiş, yararsız binalar söküləcək. Artıq bu binalar müəyyən olunub.

İlkin mərhələdə 300-ə yaxın binanın sökülməsi gözlənilir. Bunun üçün tender elanı da verilib. Qiymtləndirici şirkətlər bu istiqamətdə fəaliyyət göstərirlər. Hazırda söküntü ərazilərində kompensasiya məbləğləri müəyyən edilir və yeni tikililərdə vətəndaşlara yeni mənzillər təqdim olunur. Bununla bağlı vətəndaşlar və müvafiq qurumlar arasında danışıqlar gedir", - deyə o bildirib.

Cəmiyyət sədri qeyd edib ki, baş verən dəyişikliklər qiymətlərə təsir etməklə yanaşı, şəhərin abadlaşdırılmasında rol oynayacaq:

"Yeni infrastruktur dəyişiklikləri mühüm yeniliklərlə nəticələnəcək. Həmin ərazilərdə qiymətlərin artımını gözləyirik. Çünki infrastruktur inkişaf edirsə, yaşıllıq sahələri artırsa, nəqliyyata əlçatanlıq varsa, qiymətlərin artımı qaçılmaz olur. Lakin digər ərazilərdə qiymətlərin stabilləşəcəyi gözlənilir.

Ümumi kontekstdə götürdükdə, bu, bahalaşmanın miqyasında müəyyən tənzimləyici faktor rolunu oynayacaq. Qiymətlərin artımı təkcə Azərbaycanla bağlı deyil. Dünyada baş verən bahalaşmalar da birbaşa ölkəmizə təsir edir. Əgər əvvəllər vətəndaşlara mənzil almaq üçün 10 yer təqdim olunurdusa, söküntüdən sonra binalar tikildikcə seçim sayı da artacaq".

Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov bildirib ki, Bakı şəhərində binaların sökülməsi və yeni tikililərin inşası, adətən, mənzil bazarına birbaşa təsir edir və qiymətlərin artmasına səbəb ola bilər.

"Sökülən binaların yerində yeni və müasir tikililərin inşa edilməsi, ümumiyyətlə, daha yaxşı infrastruktur və xidmətlərlə yanaşı, daha yüksək qiymətlərə səbəb ola bilər. Yeni mənzillərin yüksək keyfiyyəti və daha yaxşı şəraiti alıcıların marağını artırır və qiymətlərin yüksəlməsinə təsir edir.

Binaların yerində yeni layihələr başlamazsa, mənzil sayı azalacaq. Bu, bazarda təklifin azalması ilə nəticələnəcək və qiymətlərin artmasına səbəb ola bilər. Xüsusilə şəhərin mərkəzi yerlərində olan binalar söküləndə, bu, daha çox hiss olunur. Binaların sökülməsi və yeni layihələrin həyata keçirilməsi ümumilikdə şəhərin infrastrukturunun inkişafını gətirə bilər. Bu, ərazinin cəlbediciliyini artırır və nəticədə, həmin ərazidəki mənzillərin qiymətləri yüksəlir", - deyə o qeyd edib.скачать dle 11.3