Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:43 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? | 18:32 "Barselona" Bakıdakı matçla bağlı əsas məqamları açıqladı | 18:06 İki baş həkim vəzifəsindən azad edildi | 18:03 Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı | 17:57 Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı | 17:56 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb | 17:54 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - Siyahı | 17:45 Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır | 17:43 Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi | 17:41 Küləyin sürəti artacaq - Xəbərdarlıq | 17:30 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib | 17:28 Sənədsiz ev alanların sayı azalır – SƏBƏBİ AÇIQLANDI | 17:26 Azərbaycanlı güləşçinin qanında qadağan olunmuş maddə tapıldı | 17:25 Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqləndi | 17:23 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər | 16:59 Bakıda tanınmış iş adamı vəfat etdi | 16:51 Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu | 16:51 Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq | 16:36 Tanınmış türkiyəli müğənni faciəli şəkildə öldü | 16:34 Temperatur 5 dərəcə enəcək, intensiv yağış yağacaq - Xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

"Barselona" Bakıdakı matçla bağlı əsas məqamları açıqladı

24.11.2026 18:32 36
UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin "Sabah" - "Barselona" matçı ərəfəsində İspaniya klubunun rəsmi saytında qarşılaşma ilə bağlı növbəti yazı dərc olunub.

Bakıda baş tutacaq matçla bağlı azarkeşlərə daha ətraflı məlumat vermək üçün 5 məqama diqqət yetirilib:

- Kataloniya təmsilçisi ilk dəfə Azərbaycan klubuna qarşı oynayacaq.

- "Barselona"nın Bakıya səfəri klubun Avropa yarışları tarixindəki ən uzaq səfəri kimi qeydə alınır. Bu məsafə 3 970 kilometr təşkil edir və əvvəlki rekordu - "Rubin"lə oyunlar üçün Rusiyanın Kazan şəhərinə edilən 3 725 kilometrlik səfəri geridə qoyur.

- Ölkəni yaxşı tanıyan və xoş xatirələri olan şəxs isə Entoni Qordondur. İngilis cinah oyunçusu ötən mövsüm "Nyukasl Yunayted"in heyətində "Qarabağ"a qarşı oynayıb və ilk hissədə dörd qol vurub. İndi o, eyni uğuru "Barselona" forması ilə təkrarlamağa çalışacaq.

- "Sabah" daxili çempionatdakı ev oyunlarını 9 min tamaşaçı tutumu olan "Bank Respublika Arena"da keçirsə də, ÇL-in matçlarını təxminən 70 min azarkeşin qəbul edilə bildiyi Bakı Olimpiya Stadionunda oynayır. Bura ölkənin ən böyük arenasıdır və 2021-ci ildə bir neçə ölkədə təşkil edilən Avropa çempionatının dörd oyununa ev sahibliyi edib.

- "Sabah"ın heyətində "Barselona"nın aşağı yaş qruplarında oynamış iki futbolçu çıxış edib. Onların hər ikisi 2021-ci ilin yayında transfer olunub. Onlardan Azərbaycanda klubunda daha uzun müddət oynayanı Kristian Sebalyosdur. O, 2021-2024-cü illər aralığında "Sabah"da çıxış edib. Digər oyunçu isə Xuan Kamaradır. O, hazırda Andorranın "İnter Eskaldes" klubunun şərəfini qoruyur.

Qeyd edək ki, "Sabah" - "Barselona" oyunu sabah Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Son xəbərlər