Çempionlar Liqası həyəcanı başlayır: “Barselona” ötən ilin finalçısına qarşı - AFİŞA
İlk oyunlar çərçivəsində iki matç keçiriləcək. Oyunlar Macarıstan və İspaniyada baş tutacaq.
Təbii ki, günün ən çox maraqla gözlənilən matçı Kataloniyada keçiriləcək. “Barselona” öz meydanında ötən mövsümün finalçısı PSJ-ni qəbul edəcək.
Almaniya çempionatının ikincisi “Leypsiq”lə İngiltərə Premyer Liqasında eniş yaşayan “Liverpul”un matçı pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
16 fevral
00:00 “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
00:00 “Barselona” (İspaniya) - PSJ (Fransa)
Qeyd edək ki, 1/8 finalın növbəti iki oyunu sabah keçiriləcək.