Mojo.az Banner
22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |     19:35 Rusiyada həbsdə olan vəkil Elman Paşayev pensiyasının bərpası üçün iddia qaldırıb  |    
Left Banner
Right Banner

Levandovski "İnter"lə cavab matçı üçün heyətə daxil edilib

05.05.2025 19:18 717
Levandovski
İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının yarımfinalının "İnter"lə (İtaliya) cavab oyunu üçün heyətə daxil edilib.

Bu barədə Kataloniya klubunun sosial şəbəkə hesablarında məlumat yayılıb.

Polşalı ön xətt oyunçusu aprelin 19-da İspaniya çempionatında baş tutan "Selta” ilə matçda (4:3) sol budunun əzələsini zədələmişdi. Bu səbəbdən o, İspaniya Kubokunun finalında "Real”la matçı (3:2) və UEFA Çempionlar Liqasında "İnter"lə ilk görüşü (3:3) buraxmalı olmuşdu.

Qeyd edək ki, "Barselona"nın heyətində cari mövsümdə meydana çıxdığı 48 matçda 40 qol vuran polşalı futbolçu hazırda La Liqada bombardirlərin siyahısına başçılıq edir. R.Levandovski Çempionlar Liqasında 11 qol vurub.

"Barselona" və "İnter" arasında cavab qarşılaşması mayın 6-da Milanda keçiriləcək.
//reportскачать dle 11.3
Mojo.az Banner