Mojo.az Banner
18:42 Bu, qəza riskini artırır - Xəbərdarlıq  |     18:37 Gədəbəydə 2 yaşlı uşaq xəstəlikdən öldü  |     18:29 Bu ölkədə stasionar telefonlara maraq yenidən artır  |     18:26 Qubada kanalizasiya borusunun tutulması nəticəsində 10-a yaxın evi su basıb  |     18:23 Məhkəmə rusiyalı nazirin barəsində həbs qərarı verdi  |     18:10 Raket zərbələrindən sonra Təbrizdəki dağıntıların görüntüləri - Video  |     18:03 Bakıda daha bir kişi 16-cı mərtəbədən yıxılıb öldü  |     18:02 Qazaxıstan Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağladı  |     17:42 Qobustandakı qəza yolda sıxlıq yaratdı  |     17:40 Gözlənilən sel və daşqınla bağlı əhaliyə XƏBƏRDARLIQ  |     17:14 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     17:07 FIFA iki türk klubuna transfer qadağası qoydu  |     16:51 Həcc ziyarətinə sənəd qəbulu yenidən uzadıldı  |     16:49 Təl-Əvivdə hava həyəcanı siqnalı işə salındı, səmada partlayış səsləri eşidildi  |     16:45 Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb  |     16:30 Putin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi  |     16:28 Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub  |     15:37 Sabunçuda evdən 6300 dollar oğurlandı - Saxlanılan var  |     15:09 Lənkəranda zəlzələ oldu  |     15:06 Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA  |    
Left Banner
Right Banner

Bakıda SÖKÜNTÜ işlərinin hansı ərazilərdə aparılacağı MƏLUM OLDU - Kompensasiyalar ödəniləcək (YENİLƏNİB)

04.04.2025 14:25 1 059
Bakıda SÖKÜNTÜ işlərinin hansı ərazilərdə aparılacağı MƏLUM OLDU - Kompensasiyalar ödəniləcək (YENİLƏNİB)
Bakı şəhərinin hansı ərazilərində köçürülmə-abadlıq işləri aparılacağı məlum olub.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda "Sovetski"nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.

Eyni zamanda Bakının Sabunçu, Nəsimi, Xətai, Nərimanov və digər rayonlarında istismar müddəti başa çatmış, qəzalı vəziyyətdəki binalar, evlər, qeyri-yaşayış obyektləri söküləcək.

* * * * *

Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Median.Az
xəbər verir ki, söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir.

Mənbədən bildirilib ki, aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq rayon icra hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır.

Köçürmə işləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanununa Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirəcək, müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.

Qeyd olunub ki, Bakının yeni Baş Planına uyğun olaraq köçürmə ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq, həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq, müasir standartlara cavab verəcək abadlıq işləri həyata keçiriləcəkdir. Bu işlərə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də cəlb ediləcək.

Paytaxt Bakının şəhərsalma landşaftının müasir səviyyədə qurulması, şəhər sakinləri və qonaqlar üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən təmiz, mobil, turizm mərkəzli bir şəhərə çevrilməsi daim diqqət mərkəzində olmuş və bu gündə ön planda dayanır.

Ötən illər ərzində sovet dövründə inşa edilmiş və istismar müddəti başa çatmış, ekspotensialı tükənmiş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililər sökülərək yerində milli memarlığımızın zəngin ənənələrinə və müasir şəhərsalma üslubuna uyğun yeni binalar, xidmət və sosial obyektləri inşa edilir, gözəl parklar və xiyabanlar, istirahət mərkəzləri salınır.

Hazırda beynəlxalq nəqliyyat-logistika marşrutlarının mərkəzlərindən birinə çevrilən ölkəmizin dəniz limanı, avtomobil, hava və dəmir yolu şəbəkələrinin paytaxtla ayrılmaz vahid qovşaqda birləşməsi Bakının iqtisadi-tranzit və geosiyasi əhəmiyyətini daha da yüksəldir.

Bununla yanaşı qeyd olunmalıdır ki, paytaxtda bir sıra köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri şəhər təsərrüfatında ciddi çətinliklər yaradır. Habelə vaxtı ilə dar və plansız şəkildə tikilmiş yollar və küçələr yanğın hadisəsi və digər fövqəladə hallar zamanı kritik hadisələrin qarşısını almağa mane olur.

Məlumata görə Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq 10 yeni metro stansiyasının tikintisi, şəhərətrafı Bakı kənd və qəsəbələrinə gedən dəmiryol şəbəkəsinin bərpası ilə əlaqədar olaraq paytaxtda mühəndis-kommunikasiya qurğularının yenilənməsini, nəqliyyat və sosial infrastrukturların, kommunal sistemlərin əsaslı şəkildə bərpasını, "yaşıl və təmiz şəhər" prinsiplərindən irəli gələn ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması və s. tədbirlərinin həyata keçirilməsini zəruri edir.скачать dle 11.3
Mojo.az Banner