Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA - 100 min...

09.04.2026 21:30 441
Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA - 100 min...
"Bakı şəhərinin Baş planına uyğun olaraq aparılacaq yenidənqurma və söküntü prosesləri mərhələli şəkildə həyata keçiriləcək və bu, paytaxtın urban inkişafında ən iri layihələrdən biri hesab olunur".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, şəhər üzrə 100 mindən artıq bina ya söküləcək, ya da qismən bərpa edilərək rekonstruksiya olunacaq:

"Bu binaların bir hissəsi hələ də istifadəyə yararlı olduğundan onların tam sökülməsi deyil, kosmetik təmiri və gücləndirilməsi nəzərdə tutulur. Lakin qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililər əsas prioritet kimi müəyyən edilib.

İlkin mərhələdə təxminən 10-12 min binanın bu prosesə cəlb olunacağı gözlənilir. Söküntü və yenidənqurma işləri üç mərhələdə aparılacaq və ilk növbədə qəzalı binalar tamamilə aradan qaldırılacaq. Hazırda binaların konkret siyahısı və yerləşdiyi ərazilər üzrə müəyyənləşdirmə prosesi davam edir və bu siyahı mərhələli şəkildə təsdiqlənir.

Artıq təsdiqlənmiş bəzi ərazilərdə köhnə və təhlükəli binaların sökülməsinə start verilib. Layihənin birinci mərhələsinin 2030-cu ilə qədər, ikinci mərhələsinin isə 2030–2040-cı illər ərzində həyata keçirilməsi planlaşdırılır.

Yeni urban layihələr çərçivəsində nəqliyyat infrastrukturunun genişləndirilməsi əsas istiqamətlərdən biridir. Buraya magistral yolların yenilənməsi, tramvay xətlərinin çəkilməsi və yeni metro stansiyalarının inşası daxildir. Eyni zamanda şəhərdə yeni parkların, yaşıllıq zonalarının və ictimai istirahət məkanlarının yaradılması da planlaşdırılır".

AQC sədri əlavə əlavə edib ki, yeni tikililər müxtəlif maliyyə modelləri əsasında həyata keçiriləcək:

"Binaların bir hissəsi dövlət büdcəsi hesabına, bir hissəsi dövlət-özəl tərəfdaşlığı çərçivəsində, digər hissəsi isə tam şəkildə investorlar tərəfindən inşa ediləcək. Lakin maliyyə mənbələrinin məhdudluğu və investorların seçimi prosesinin vaxt aparması səbəbindən bu işlərin sürətlə getməsi gözlənilmir.

Yaxın dövrdə təxminən 300-ə yaxın binanın sökülməsi planlaşdırılır. Onların yerində ya yeni yaşayış kompleksləri tikiləcək, ya da park və ictimai məkanlar salınacaq. Ümumilikdə bu proses qısa müddətli deyil və illər ərzində mərhələli şəkildə davam edəcək.

Sökülən binaların əvəzində müasir yaşayış kompleksləri, sosial obyektlər, parklar və ictimai istifadəyə açıq sahələr yaradılacaq. Burada əsas məqsəd təkcə köhnə binaları aradan qaldırmaq deyil, şəhərin ümumi inkişaf konsepsiyasını yeniləməkdir.

Baş planın əsas prioritetləri sırasında əhali sıxlığının azaldılması, şəhərin daha balanslı şəkildə genişləndirilməsi, vətəndaşların yaşayış keyfiyyətinin yüksəldilməsi və nəqliyyat problemlərinin aradan qaldırılması dayanır. Eyni zamanda tıxacların azaldılması, nəqliyyat əlçatanlığının artırılması və ekoloji mühitin yaxşılaşdırılması da bu planın əsas hədəflərindəndir.

Bununla yanaşı, yaşıl zonaların genişləndirilməsi və alternativ enerji mənbələrinin tətbiqi də nəzərdə tutulur ki, bu da Bakının daha dayanıqlı və ekoloji şəhərə çevrilməsinə xidmət edəcək.

Söküntü prosesində prioritet üç əsas kateqoriyaya veriləcək:

qəzalı vəziyyətdə olan binalar

sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş yaşayış yerləri

normativlərə uyğun olmayan, plansız və qanunsuz inşa edilmiş fərdi yaşayış evləri.

Ən çox yenilənmənin gözlənildiyi ərazilər sırasında Yasamal, Nəsimi və Nərimanov rayonları xüsusi qeyd olunur. Bununla yanaşı, mərkəzə yaxın, sıx və plansız tikilmiş məhəllələrdə də genişmiqyaslı dəyişikliklər gözlənilir".

Son xəbərlər