Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi
Lənkəran rayonunda uzun illər səmərəli fəaliyyət göstərmiş, bölgədə yunan-Roma güləşinin əsasını qoyan və inkişafına töhfə verən tanınmış məşqçi-müəllim Hökmulla Qasımzadə vəfat edib.
Median.Az xəbər verir ki, o, 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hökmulla Qasımzadə Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbində (UGİŞM) çalışdığı onilliklər ərzində yüzlərlə yeniyetmə və gəncə güləşin sirlərini öyrədib. Onun rəhbərliyi altında yetişən idmançılar respublika birinciliklərində və zona yarışlarında yüksək nailiyyətlər əldə edərək diplom və medallar qazanıb, Lənkəran idman məktəbini layiqincə təmsil ediblər.