Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək

17.11.2026 15:34 51
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
Ali təhsil müəssisələrini bitirmiş 12 600 nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinə cəlb olunması üçün yol xərci, əmlakın daşınması ilə bağlı nəqliyyat xərci, kommunal xidmətlər və yaşayış yerinin kirayə haqqı üzrə kompensasiyaların birdəfəlik ödənilməsi məqsədilə 20 milyon 900 min manat vəsait nəzərdə tutulub.

Median.Az
Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

O qeyd edib ki, təhsilli gənclərin kəndlərə cəlb olunması üçün təkcə təbliğat kifayət etmir:

"Onları bu istiqamətdə həvəsləndirəcək və cəlbedici edəcək güzəştlərə ehtiyac var. 2026–2027-ci tədris ilindən fəaliyyətə başlayan, mühəndislik və tibb ixtisasları üzrə ümumilikdə 300 tələbənin təhsil alacağı Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin növbəti ildə təmin edilməsi məqsədilə 6 milyon manat, Qarabağ Universitetinin 2027-ci ildə fəaliyyətinin təmin olunması üçün isə 51 milyon manat vəsait nəzərdə tutulub.

Təhsil insan həyatında bütün cəmiyyəti əhatə edən yeganə sahədir. Təhsil hər bir evdə, hər bir ailədə var və cəmiyyətin bütün üzvləri bu sahədə baş verən dəyişikliklərin birbaşa şahididir. Hər il dağlıq rayonlarda şagirdlərin sayının azalması müşahidə olunur. Bununla bağlı köklü qərarların qəbul edilməsinə ehtiyac var”.

Deputat bildirib ki, Təhsil Tələbə Krediti Fondu ehtiyacı olan hər bir tələbənin kredit imkanlarından yararlana bilməsi üçün müəyyən dəyişikliklər etməlidir:

"Eyni zamanda, pedaqoji təhsilli gənclərin kənd rayonlarına göndərilməsinə mane olan səbəblər aradan qaldırılmalıdır. Müəllimlərin sertifikasiyası müəllim nüfuzunun yüksəldilməsinə və təhsildə savadlı, peşəkar müəllim potensialının gücləndirilməsinə xidmət edir. Bu istiqamətdə şəffaflığın daha da artırılmasına diqqət yetirilməlidir. Hər il kifayət qədər məktəb tikilir və təmir olunur. Lakin bu istiqamətdə büdcə vəsaitlərinin artırılmasına ehtiyac var”.

Son xəbərlər